Fikrət Qocadan Elza Seyidcahana SƏRT REAKSİYA: "Utanıb, xəcalət çəksin

Fikrət Qocadan Elza Seyidcahana SƏRT REAKSİYA: "Utanıb, xəcalət çəksinƏməkdar artist, son vaxtlar yazdığı şeirləri ilə bəstəkarlıq və müğənniliyini kölgədə qoyan Elza Seyidcahanın AYB-ə üzv olmaq istəyi belə getsə, deyəsən baş tutmayacaq.
Xanim.az bildirir ki, birliyin katibi, xalq şairi Fikrət Qoca Yeniçağ.az-a danışaraq, AYB-in mövqeyini ortaya qoyub.

- Fikrət müəllim, Elza Seyidcahanın AYB-ə üzv olmaq istəyindən xəbəriniz varmı?

- O xanım sadəcə olaraq öz arzularını dilə gətirib, konkret olaraq deməyib ki, AYB-ə üzv olacam. Hər kəsin arzuları var və o arzularla yaşayır.

- Elza Seyidcahan APA TV-nin "SHOW time" verilişindəki açıqlamasında deyib ki, yeni kitabının nəşr olunmasını gözləyir, çıxan kimi AYB-ə müraciət edəcək?

- Hələ ki, bizə müraciət etməyib. Eləyər, baxarıq. AYB-ə üzv olmaq üçün şərtlər var. O şərtlərə əməl olunduğu təqdirdə kimsə üzvlüyə qəbul oluna bilər. Fərqi yoxdur, müğənni olsun, şair olsun, ya bəstəkar.

- O hansı şərtlərdir elə?

- Ümumiyyətlə, o adam şair kimi fərqlənməlidir. AYB-də bunun üçün xüsusi komissiya var. Mən də o komissiyanın rəhbəriyəm. Həmin adamın üç kitabı işıq üzü görməlidir, ən azı üç adamın rəyi olmalıdır. Bizim məşhur klassiklərimiz AYB-in üzvü olublar. İndi bu quruma üzv olmaq istəyən adamlar nə vaxtsa o klassiklərin ruhundan utanmalıdır. Əgər adam zəif yazırsa, xəcalət çəkər, heç utandığından AYB-ə üzv olmaq istəməz. Lap adı şair də ola bilər, bəlkə də tanışlıqla-filan komissiyadan da keçə bilər, amma bu, ona heç nə verməz. Zaman yerində saymır. Zaman hamını süzgəcdən keçirir.

- Seyidcahanın şeirlərini bəyənirsiniz?

- Mənim o xanıma hörmətim var; bəstəkarlıq və müğənnilik edir. Amma şeirlərindən xəbərim yoxdur. O heç bizə müraciət də etmir, siz onu belə şişirdirsiniz. Heç inanmıram da etsin. Çox adam çox söz deyə bilər, lap iki kitabı da çıxa bilər. O kitab oxunacaq, müzakirə olunacaq, hər şey qərardan asılıdır.

- Bəlkə gözəl xanım, sənətçi olduğuna görə ona güzəşt ediləcək?

- Bura gözəllik sərgisi deyil, ola bilər kiminsə görkəmi gözəl deyil, çirkindir, amma gözəl şairdir. Amma kimsə lap dünya gözəli olsun, xeyri yoxdur, gedib gözəllik yarışına çıxıb, birinci yeri tuta bilər. Şairlik əbədiyyət üçündür, o şairlər qocalmır, həmişə eyni yaşda qalır. Onların şeirləri həmişə gəncdir. Elzaya gəlincə, lap tutaq ki, arzusundan danışıb, nə böyük günah edib ki? Dünyanın o qədər çətinlikləri var, bunun qarşısında Elzanın AYB-ə üzv olmaq istəyindən danışırsınız. O qədər problemlər var ki, onlardan danışın.

Xəbərlər     Baxılıb: 2065   Tarix: 29 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

toy makiyajlari yemek reseptleri reseptler bakirəliyin pozulması qrip və soyuqdəymə hakişta sizanaqlara qarsi vasite kosmetika banan buga burcu webnem tovuzlu rus dilini öyrənək uşaq şeirləri