Fikrət Qocanın oğlunu öldürən şəxsin bu fırıldaq əməli başına bəla oldu
Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədov üçün təcridxanaya mobil telefon keçirmək istəyən dayısının bu əməli aşkar edilib.
Xanim.az-ın Penitensiar Xidmətə istinadən verdiyi xəbərə görə, Bakı İstintaq Təcridxanasında saxlanılan Nəhmədov Elnur Balamirzə oğlu ilə qısamüddətli görüşə gəlmiş dayısı Sabirabad rayon sakini Zülfüqarov İsa Mövsüm oğlunun üstünə və əşyalarına baxış keçirilən zaman cibindən içərisində danışıq kartı olan "İ-Phone" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, martın 12-də Yalçın Qocayev tanışları – Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynovla birgə yeyib-içiblər. Spirtli içki qəbul edən tanışlar arasında mübahisə düşüb. E.Nəhmədov mübahisə zəminində Y.Qocayevi döyərək qətlə yetirib.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO
"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi
Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB
Müğənni həbsxanaya göndərildi
25 il sonra yenidən "Mumiya"da - Foto
Bu dəfə serial ulduzu olacaq