Fikrət Qocanın oğlunun ölümü ilə əlaqədar 3 nəfər tutulub
Daxili İşlər Nazirliyi şair Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə şübhəli bilinən şəxslər tutulduğunu bəyan edib. Rəsmi məlumatda deyilir ki, martın 11-i saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu Mir Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. Yalçın Qocayev hadisə yerində ölüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Yalçın Qocayevin tanışları – Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində Elnur Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib. Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO
"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi
Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB
Müğənni həbsxanaya göndərildi
25 il sonra yenidən "Mumiya"da - Foto
Bu dəfə serial ulduzu olacaq