Flora Kərimova arıqladı
Xalq artisti Flora Kərimova yenidən fəaliyyətə başlayıb.
Müğənni yenilikləri ilə sevənlərinin qarşısına çıxmağa hazırlaşır.
Qeyd edək ki, xalq artisti Londonda yaşayan yeganə övladı Zümrüdün Bakıda bir neçə aylıq gəlməsinə görə bütün yaradıcılıq işlərinı təxirə salmışdı.
Yaxınlarda qızını ailəsinin yanına yola salan F. Kərimova artıq bütün sənət fəaliyyətini bərpa edib. Müğənni telekanalların yeni il çəkilişlərinə qatılaraq pərəstişkarları üçün yeni mahnılar səsləndirib.
Bundan başqa, Flora Kərimova bu günlərdə Azərbaycan Respublikası prezidenti yanında Gənclər fondu və "Birliyə-Doğru" Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai birliyinin birgə hazırladiğı "Özgə uşaq olmur" sosial layihəsinin reklam çəkilişlərində iştirak edib. Fotolardan da göründüyü kimi, kifayət qədər arıqlayan sənətçi yaxınlarda dinləyiciləri bir çox yeniliklərlə sevindirmək niyyətindədir.