Flora Kərimova sənətkarların 20 yanvarından danışdı: "Dedim ki, balam yetim qaldı"

Flora Kərimova sənətkarların 20 yanvarından danışdı: "Dedim ki, balam yetim qaldı"20 yanvar 1990-cı il. Azərbaycan xalqının heç bir zaman unutmayacağı tarix. Bu gün millətimizin ən faciəli, qara səhifəsi, eyni zamanda qəhrəmanlıq, rəşadət tarixidir! Düz 28 il əvvəl keçmiş sovet ordusu milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qanlı divan tutub. Kütləvi terror nəticəsində minlərlə günahsız insan qətlə yetirilib.

Bir məqamı xatırlatmaq yerinə düşər ki, həmin vaxt Azərbaycan Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq, sülh yolu ilə bunu həll etmək üçün qəti tədbirlər görmədi, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə müxtəlif ölkələrdən səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantları da daxil etdi. Öz azadlığı, müstəqilliyi uğrunda mübarizə apardığına görə həmin gecə 137 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz olaraq həbs edildi. Hadisələr baş verən zaman xalq artisti, sevilən sənətkar Flora Kərimova sovet ordusunun qarşısına yeriyən, sinəsini sipər edən sənətçimizdir.

Flora xanım Cebhe.info-ya açıqlamasında "Sənət adamları arasında ümumiyyətlə, mübarizədə heç kimi görmədim" deyir: "Əksinə, bir sənət adamı mənə küçəyə çıxdığım üçün rişxənd edirdi. O, dünyasını dəyişib, Allah rəhmət eləsin, ad çəkmək istəmirəm. Küçədə mən qadınları qabağa-əsgərlərin üstünə aparanda, orada ermənilər də var idi. Allah o dünyasını versin, həmin xalq artisti MDB klubunun qarşısında dayanmışdı. Çox istehza ilə mənə baxırdı. Xatırlayıram ki, qadınlar zəncirvari bir-birinin qoluna girmişdilər. Qabaqda mən gedirdim, arxamda bir qadın gedirdi, əynində qara köynək vardı. Şəklimiz də var. Çöndüm, arxaya baxdım görüm kim gəlir. Gördüm ki, arxamda mötəbər elm qadınları var. Onların arasında Əminə Dilbazini gördüm, ürəyim dağa döndü. Mən risk olan yerdə həmişə olmuşam, amma heç bir sənət adamına orada rast gəlməmişəm.

Tankın qabağına getmişəm, erməni əsgərlərinin üzərinə yerimişəm, onları yoldan qaytarmışam. Amma bir sənət adamını yanımda görməmişəm. O günləri xatırlamaq mənə üçün çox ağırdır. Ayaqlarını paçalayıb, yalandan "Vətən, Vətən" deyə qışqıranlara nifrətim var. Hansısa müğənni vətənpərvərlik mövzsunda mahnı oxuyanda, özlüyümdə düşünürəm ki, birdən hardansa bir güllə səsi eşidildi, səni hansı çarpayının altından çıxaraq? Niyə bu şou adamları belə ağciyər olur, bilmirəm. Belə bir hadisə təkrarlansa, əminəm ki, insanlarımız yenidən küçələrə axışar! Damarımızda axan qan ki var- azərbaycalı qanı, hər zaman qaynayır. Vətən uğrunda, millət uğrunda qaynayır. Mən uşağımı evdə qoyub, tankın qabağına getdum. Dedim ki, balam yetim qaldı, amma getdim. Vətənim üçün, azadlığımız, müstəqilliyimiz üçün getdim".

Cebhe.info

Xəbərlər     Baxılıb: 1598   Tarix: 20 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

donlar 2026 adlarin menasi makiyaj etmek qaydalari doğuş arıqlamaq baş gicəllənməsi milli yeməklər kosmetika namiq qaraçuxurlu buga burcu xocali novruz hakısdası nizami gencevi