Flora Kərimova xoşagəlməz vəziyyətə düşdü - FOTOLAR
Paytaxt məkanlarının birində mətbuatın 142 illiyinə həsr olunmuş tədbir keçirilib.
PrimeTime.az xəbər verir ki, tədbirə qatılan xalq artisti Flora Kərimova və modelyer Fəxriyyə Xələfovanın köməkçisi arasında xoşagəlməz söhbət baş verib. Belə ki, F.Kərimova onun üçün ayrılmış masada xalq artisti Amaliya Pənahova ilə birgə əyləşib. Bir az keçəndən sonra masaya F.Xələfovanın köməkçisi yaxınlaşıb. İfaçının modelyerlə eyni masada oturacağını görən köməkçi təşkilatçılarla danışaraq F.Kərimovanın başqa yerə keçirilməsini tələb edib.
Təşkilatçılar isə bundan boyun qaçırıb. Modelyerin köməkçisi bu dəfə xalq artistinə yaxınlaşıb və onunla söhbət etməyə başlayıb. Köməkçinin iradından sonra Flora Kərimova masadan qalxaraq etirazını bildirib və məcburən başqa yerdə əyləşib.
Qeyd edək ki, Flora Kərimovanın Amaliya Pənahova ilə də münasibətləri yaxşı deyil.












Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin