Folqaya bükülən yeməyin təhlükələri: tənəffüs əzələlərinin iflici

Folqaya bükülən yeməyin təhlükələri: tənəffüs əzələlərinin ifliciBir çox insanlar qidadan qalanları alüminium folqaya bükərək saxlamağa öyrəşiblər. Lakin bu saxlama üsulu sağlamlıq üçün ciddi risklər yarada bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-dən olan biokimyaçı və qida təhlükəsizliyi eksperti Zakari Kartrayt xəbərdarlıq edib.
Onun sözlərinə görə, folqa, hermetik qablardan fərqli olaraq, təhlükəli bakteriyaların çoxalmasının qarşısını almaq üçün lazım olan hermetikliyi təmin etmir.
"Qapaqları olan hermetik qablar, qidanın oksigenlə təmasını məhdudlaşdırmaq üçün nəzərdə tutulub. Oksigen "S. aureus" (stafilokok) və "Bacillus cereus", "Clostridium botulinum" və "Listeria monocytogenes" daxil olmaqla əksər təhlükəli patogenlərin çoxalması üçün vacibdir. Bu mikroorqanizmlər qida zəhərlənməsi simptomlarını - qızdırma, qusma, qarın ağrısı və ishalı yaradan toksinlər istehsal edir. "Clostridium botulinum" və "Listeria monocytogenes" ən təhlükəlisidir, çünki onların bioloji mənşəli zəhəri tənəffüs əzələlərinin iflicini və listeriozu (limfoid toxuma və sinir sisteminin zədələnməsi ilə xarakterizə olunan yoluxucu xəstəlik) törədə bilər", - deyə ekspert izah edib.
Kartraytın sözlərinə görə, plastik qablar və yapışqan qida plyonkasından fərqli olaraq, folqa qida məhsulunu xarici mühitdən təcrid edə bilmir.
"Bundan əlavə, onun hazırlandığı alüminium, turş və duzlu məhsullarla reaksiyaya girə və qida qalıqlarına, məsələn, acı tomat sousuna keçə bilər. Orqanizmə alüminiumun tez-tez daxil olması neyrotoksik inkişaf pozğunluqları, həmçinin böyrək, qaraciyər və sümüklərin zədələnməsi ilə əlaqələndirilir", - deyə ekspert sözlərini yekunlaşdırıb.
Milli.Az

Xəbərlər     Baxılıb: 1595   Tarix: 01 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

donlar 2026 hamilelikde qidalanma qadin dunyasi ekzema xəstəliyi hamiləlik həftələri soyuqdəymədən necə qorunmalı yay koftalari kosmetika novruz bayramı bayati paxlava azerbaycanli is adami amerikada gullelendi bayatilar