Fotolarda yaxşı düşmək üçün bunları edin

Fotolarda yaxşı düşmək üçün bunları edinHeç də hamı şəkil çəkdirməyi sevmir. Bu təəccüblü deyil, çünki fotolarda öhdəsindən gəlmək istədiyimiz bütün çatışmamazlıqlar görünür. Amma bəzi kiçik qaydalara əməl etsəniz, fotolar lap ürəyinizcə alınar, hətta onları profesional fotoqraflar çəkməsə belə...

Fotolarda qədd-qamətli görünmək üçün nə etməli?

Bu bir faktdır ki, kamera insanı kök göstərir. Narahat olmağa dəyməz, çünki bu problemi həll etmək mümkündür. Əgər kameranın qarşısında, düz dayanmısınıza, əlbəttdə ki, həyatda olduğunuz ölçüdə iri düşəcəksiniz. Amma kameradan 45 dərəcə əyilsəniz və ağırlığınızı arxaya çəkdiyiniz 1 ayağınızın üzərinə salsanız, əlinizi belinizə qoysanız istəyinizə nail ola biləcəksiniz.
Fotolarda yaxşı düşmək üçün bunları edinDigər məsləhətlər

1. Tünd rəglər qamətli göstərir. Sadə qayda olsa da, çox effektlidir.

2. Özündən arıq adamın yanında dayanmayın, xüsusilə də oxşar geyim geyinmisinizsə.

3. Kameraya hər kəsdən çox yaxın dayanan adam ən iri düşür. Bu qanunu yadda saxlayın və orda dayanmayın!

4. Geyimin detalları və uyğun əşyalardan istifadə edərək çıxmış qarnı gizlədin.

5. Beli vurğulamaq üçün , əlləri belə qoymaq vacib deyil. Aşağıdakı şəkildəki qadın kimi edin, nəticə sizi təəccübləndirəcək. Onun əlləri sanki belini formalaşdırırmış kimi sərbəst şəkildə qarının üzərindədir. Bu üsulun istifadəsi daha yaxşı görünür.
Fotolarda yaxşı düşmək üçün bunları edinÇənə — problemli zona deyil, üzün bir hissəsidir

Əvvəllər model olmuş məşhur fotoqraf Piter Herli öz sirlərini açır. Çənəni saxlayaraq, başınızı qabağa verin. Belə rakurs hamıya uyğundur.
Fotolarda yaxşı düşmək üçün bunları edinPortret uğurlu alına bilər

Əgər kifayət qədər arıqsınızsa, bunu da dərd etməyin, sadəcə kameraya tərəf dönüb, kameranın kənarına baxın. Burda geyiminiz də əsas rol oynayır. Açıq tonlu geyimlər geyinin. Fotonun fonu da açıq olsa yaxşıdır. Uzunqollu geyimlər qollarınızın nazikliyini gizlədəcək.

Fotonu çəkməzdən əvvəl rahatlanın, gözünüzü yumub, dərindən nəfəs alın. Sonra gözlərinizi açıb gülümsəyin. Bu halda fotolarda daha təbii görünəcəksiniz.
Fotolarda yaxşı düşmək üçün bunları edinFotolarda boyunuzun daha uzun görünməsi üçün

Boyu qısa adam şəkil çəkdirəndə hündür ayaqqabı geyinə bilər. Əgər bütün boyu çəkilərsə uzun görünər və heç kim heç nə hiss etməz. Burda çəkilişin rakursu da vacibdir. Əgər fotoqraf yuxarıdan deyil, aşağıdan çəksə insan vizual olaraq uca görünər. Nəhayət, sadəcə düz durmaq və çiyinləri düzəltmək lazımdır. Özünə arxayın olan adam əslində olduğundan hündür görünür. Bu xüsusilə də fotolarda görünür.

Çox hündür adamlara (əgər hamıdan fərqlənmək istəmirlərsə) çəkiliş zamanı əşləşmək məsləhət görülür, beləcə onların boyları gözə çarpmayacaq.
Fotolarda yaxşı düşmək üçün bunları edinŞəkildə gənc görünmək

Şəkildə gənc görünmək istəyənlər kosmetikadan istifadə edərkən diqqətli olmalıdırlar. Yaddan çıxartmaq lazım deyil ki, kosmetika həyatda olduğuna nisbətən, şəkillərdə daha parlaq çıxır. Bundan əlavə, kosmetika hətta çox gənc qızları belə yaşlı göstərir.

Şəkildə gənc və pozitiv düşmək üçün enerjili olmaq kifayətdir. Sabitlik və darıxdırıcı fotoqrafiyalar istənilən adamı yaşlı göstərir. Ağ-qara şəkillər -əla variantdır. İnsanlar belə fotolarda özlərini daha çox bəyənirlər.
Fotolarda yaxşı düşmək üçün bunları edin

Xəbərlər     Baxılıb: 3132   Tarix: 14 oktyabr 2015
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Evdə etdiyiniz bu səhvlər allergiyanı kəskin artırır - NƏLƏRDİR?

"Allergiyanı tam aradan qaldırmaq hər zaman mümkün olmasa da, simptomları nəzarətdə saxlamaq və xəstəliyin təsirini azaltmaq mümkündür". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyə

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

İdman zalında edilən bu səhvlər sizə baha başa gələ BİLƏR

İdman zalına gedən həvəskarlar peşəkarlarla müqayisədə zədələnməyə daha çox meyilli olurlar. xəbər verir ki, mütəxəssislər bunu fiziki zəiflikdən çox, düzgün texnikanın olmaması və tələsik məşq etmə ilə izah edirlər. Peşəka

.

Bu içkilər infarkt riskini artıra bilər

Ürək cərrahı Ceremi London şirin qazlı içkilərin sağlamlığa ciddi zərər vurduğunu bildirib. xəbər verir ki, yüksək kalorili və şəkərli qazlı içkilər gündəlik qidalanmada böyük risk yaradır. Həkimin sözlərinə görə, insanla

.

Böyük sağlamlıq faydaları VAR

Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz. .  xəbər verir ki, mütəxəssislər soğanı

.

Bu əlamətlər sizdə varsa, yaz allergiyası ola bilər - Görün nələrdən YAYILIR

"Yaz allergiyası əslində immun sisteminin zərərsiz sayılan tozcuqlara qarşı həddindən artıq reaksiyasıdır". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloq

.

Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş

Azərbaycan mətbəxində içalat arasında qaraciyər və böyrək qədər məşhur olmasa da, dana dalağı əslində qida dəyəri baxımından ən zəngin ət məhsullarından biri hesab olunur. Çox vaxt süfrələrdə diqqətdən kənarda qalan bu qid

turlar.az

yay geyimləri 2026 donlar 2026 qaşların formalari maskaların hazırlanması seksual cavanlaşdırıcı maskalar faydalı məsləhətlər kosmetika maya maskasi dovsan statuslar birlik haqqinda veten haqqinda bayati