Gecə tualetə qalxmağın arxasında bu səbəb dayanır - Həkimdən maraqlı açıqlama

Gecə tualetə qalxmağın arxasında bu səbəb dayanır - Həkimdən maraqlı açıqlamaGecə tez-tez oyanıb tualetə getməyinizin səbəbini yaşlanma ilə əlaqələndirirsinizsə, bu sizi təəccübləndirə bilər. ABŞ-lı həkim Dr. Mark Burhenne-yə görə, bu vəziyyət çox vaxt nəfəsalma problemləri ilə bağlıdır.
Milli.Az xəbər verir ki, "Ask the Dentist" layihəsinin yaradıcısı olan Dr. Burhenne bildirib ki, diş müayinəsinə gələn bir çox xəstəsi onun "gecə tualetə qalxırsınızmı?" sualına təəccüblə cavab verir:
"Onların çoxunda problem sidik kisəsi deyil, yatarkən düzgün nəfəs almamaları idi" 
Həkimin sözlərinə görə, yuxu zamanı hava yolunun daralması və ya bağlanması bədəni daha çox güc sərf etməyə məcbur edir. Bu vaxt sinə boşluğunda mənfi təzyiq yaranır və ürək əzələsi gərilir.
Bu gərginlik nəticəsində orqanizm ANP (Atrial Natriüretik Peptid) adlı hormon ifraz edir. Hormon böyrəklərə "sodyumu və suyu xaric et" siqnalı göndərir.
Normalda beyin gecələr ADH (Antidiüretik Hormon) istehsal edərək bədənin suyu saxlamasını və yuxunun bölünməməsini təmin edir. Lakin ANP hormonunun artması ADH-nin fəaliyyətini zəiflədir. Nəticədə bədən daha çox sidik ifraz edir və insanlar gecənin bir yarısında oyanmaq məcburiyyətində qalır.
Mütəxəssislər bildirirlər ki, bu hal tez-tez yaşanırsa, səbəbi yuxu zamanı nəfəsin dayanması (apne) kimi pozğunluqlar ola bilər və həkimə müraciət etmək vacibdir.
Fidan
Milli.Az

Xəbərlər     Baxılıb: 1373   Tarix: 06 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

yay geyimləri 2026 maskalar toy makiyaji sekilleri döşlər asiq şef master olum haqqinda maraqli faktlar kosmetika irem derici qadin saglamlig baldiza aid üzeyir hacıbəyli xanim.az