"Gecəni birgə keçirdiyim yaşlı kişini səhər televizorda görəndə şoka düşdüm"

"Gecəni birgə keçirdiyim yaşlı kişini səhər televizorda görəndə şoka düşdüm""Gecəni birgə keçirdiyim yaşlı kişini səhər televizorda görəndə şoka düşdüm"

O dövrün nazirləri, nazir müavinləri ilə də münasibətlərim olub. Amma mən onları sonradan televiziyadan tanımışam"

Onunla gözəllik salonlarının birində tanış olmuşdum. Nə zaman salona getsəm, onu ustanın "əlinin altında" görürdüm. Gah saçını boyadır, gah makiyaj etdirirdi. Üzünün dərisini azca dartdırmışdı. Kiprikləri də qoyma idi — hər dəfə gözlərini yumanda gözləri çətinliklə açılırdı. Qaynaq saçlarını 18-19 yaşlı qızlar kimi yığırdı həmişə. Boynunda kiçik ürək tatuajının içində "S" hərfi yazılmışdı.

Qadını o qədər tez-tez görürdüm ki, bir gün saç ustasından kim olduğunu soruşdum. Pıçıltı ilə dedi ki, müğənnidir. Qadın onunla maraqlandığımı görüb "hə, müğənniyəm" dedi. Beləcə söhbətimiz başladı, telefon nömrəsini də götürdüm, ara-sıra yazışırdıq. Bir gün həyatını yazmağı təklif etdim. Əvvəlcə razılaşmadı. Aradan 3 gün keçəndən sonra özü zəng etdi: "Hər şeyi danışacağam, amma üzümü heç kimə göstərmə". Razılaşdıq, görüşdük…

"Bir gün anladım ki, hamiləyəm…" Jalə (ad şərtidir — red.) 1978-ci ildə Zaqatalada dünyaya göz açıb. Evin altıncı qızı olan Jalənin 4 yaşı olanda anası dünyasını dəyişib. Altı bacı və bir qardaş atanın ümidinə qalıb. Atası Sahib kişi övladlarına tək baxa bilmədyi üçün, 2-3 il sonra yenidən ailə həyatı qurub. Uşaqların çətin günləri də elə atanın ailə həyatı qurması ilə başlayıb. Qızlar ortada qalıb, uşaq yaşlarından işləməyə başlayıblar. Jalə evin ən kiçiyi olduğu üçün, bacılarının sevimlisi olsa da, bu sevgi ona bəs etməyib. "16 yaşım olanda kəndimizdən Nicat (ad şərtidir — red.) adlı bir oğlanla bir-birimizi sevirdik. Görüşlərimiz axşamlar bağımızda olardı. Ona çox bağlanmışdım. Atam evlənəndən sonra bizə sevgi göstərmirdi. Mənim isə sevgiyə ehtiyacım vardı. Nicat evli idi. Amma mənə söz vermişdi ki, mənimlə evlənəcək. 1996-cı ilin iyun-iyul ayları idi. Nicatla yaşadıqlarım həyatımda ilk dəfə olduğu üçün çox şeyi başa da düşmürdüm. Amma bir gün anladım ki, hamiləyəm" — deyir Jalə. Nicat söz verdiyi kimi Jaləni tək buraxmır, onu da götürüb Bakıya gəlir, kirayə ev tutub yaşamağa başlayırlar. Jalənin bir övladı dünyaya gəlir: "Bir gün Nicat evə gəlmədi. Çox narahat olmuşdum. Bütünü gecəni gözlədim, gəlmədi. Hər günüm ağlamaqla keçirdi. Evdə ərzağım da tükənirdi. Övladımı da götürüb rayona qayıtdım. Atam məni yaxın buraxmadı, dedi ki, "gəldiyin yerə qayıt". Elə rayonda eşitdim ki, Nicat ailəsinin yanındadır. Əvvəlcı qızımı aparıb onun qapısına qoymaq istədim. Sonra anladım ki, mənim qızımdan başqa həyatda heç kimim yoxdur. Qızımı da götürüb yenidən Bakıya qayıtdım". "Elə gün olurdu ki, 400 dollar pul qazanırdım" Jalənin həyatının ən çətin günləri də elə bundan sonra başlayıb. Təhsili olmayan, heç vaxt, heç bir yerdə çalışmayan Jalə bəzən qızı ilə küçələrdə də gecələməli olub.

"Qızımı qucaqlayıb parkda yatmışdım. Hiss etdim ki, kimsə ayağı ilə məni vurur. Gözümü açanda qarşımda hündürboylu dolu bir qadının dayandığını gördüm. Elə Şəfiqə xanımla tanışlığımız da belə başladı" — danışır Jalə.

Həmin qadın onu dostunun restoranında işə düzədir: "Rəqqasəlik edir, qızımı da, özümü də birtəhər saxlayırdım. Artıq gecə məclislərinə, içkiyə o qədər öyrənmişdim ki, içkisiz qala bilmirdim. Bəzən gecələr məndən xoşu gələn kişilərlə əylənməyə də gedirdim. Yaxşı da pul verirdilər. Elə gün olurdu ki, 300-400 dollar pul qazanırdım. Hər səhərim bir kişinin qoynunda açılırdı. İçimdə sevgi adlı bir hiss qalmamışdı. Mənə elə gəlirdi ki, həyat elə budur". "İnsan içki içəndə heç bir qoxunu hiss etmir. Səhər isə bütün qoxuları hiss edirsən. Gecələr eyni yataqda yatdığım kişilərdən səhər iyrənirdim. Qiyməti özüm danışmırdım müştərilərlə. Nə versələr, razılaşırdım. Çünki verdikləri pul məni qane edirdi. Bəzisi 200, bəzisi isə hətta 500 dollar verirdi mənimlə keçirdiyi bir gecə qarşılığında. Gecələr yaşadıqlarımı da xatırlamıram, səhərlər mənə ayrılan pulu da götürüb qızımın yanına gəlirdim. Özümə ev də almışdım. Qızımın dayəsi məni iş qadını kimi tanıyırdı. Evə gəlmədiyim gecələri xaricdən qonaqlarımın gəldiyini düşünürdü" — o, əlavə edir. Jalə danışır ki, o dövrdə dövlət adamlarından da yanına gələnlər olurmuş: "O dövrün nazirləri, nazir müavinləri ilə də münasibətlərim olub. Amma mən onları sonradan televiziyadan tanımışam. Yadıma gəlir, yanıma çox yaşlı bir kişi gəlmişdi. Qocanın "əlindən" heç nə gəlmirdi. Dedi ki, "mənə nəsə hiss yaşada bilsən, sənə 10 min dollar verəcəyəm". Mən də bacardığımı etdim ki, kişi sevinsin. Səhər gedəndə kişinin gözləri gülürdü. Sonra onu televiziyada görəndə, şoka düşdüm — yazıçı imiş. Amma mənə cəmi 500 dollar pul vermişdi" — deyə xatırlayır Jalə.

"Ən böyük şoku mənə qızım yaşatdı"

Amma onun hər məclisi istədiyi kimi "xoş" keçməyib. Döyüldüyü gecələr də olub: "Bir dəfə müştəri tərəfindən döyülmüşəm. Məni zorla sevmədiyim bir şeyi etməyə məcbur edirdi. İçkili olsam da, ondan iyrənmişdim, dediyini edə bilməzdim. O isə saçımdan tutub zorla məni məcbur etdi. Sonra isə üz-gözümə bir neçə yumruq vurub yatdı. Gecə ilə yanından qaçdım. Amma evə gedə bilməzdim, hotellərdən birinə gedib, gecəni qaldım, səhər özümü səliqəyə salandan sonra qızımın yanına gəldim".

"Qızım artıq 6-ci sinifdə oxuyurdu. Onu təmiz böyütdüyüm üçün sevinirdim. Özümə söz vermişdim ki, nə olursa olsun, qızımı bu yoldan qoruyacağam" — müsahibimiz bildirir.

Gecə görüşlərinin birində Jalənin həyatı dəyişir. Müştərilərindən birinə vurulur və onlar arasında sevgi yaranır. Jalə 2-3 il həmin kişi ilə sevgi münasibətində olur: "İş adamı idi. 40 yaşı vardı biz tanış olanda. Elə ilk toxunuşlarından vurulmuşdum İlqara (ad şərtidir — red.). Hər toxunuşu sevgi idi. O da evli idi. Məni sevdiyini deyir, amma vədlər vermirdi".

Artıq Jalə gecələr evdən çıxmır, İlqarı gözləyir: "İlqar evimin də yerini bilirdi, qızımla da tanış etmişdim. Qızım da onu çox istəyirdi. Bir gün İlqar xəstələndi, təcili əməliyyat üçün onu Almaniyaya apardılar. 8 gün sonra ürək çatışmazlığından dünyasını dəyişdi. Hər günüm ağlamaqla keçirdi. Həyatımın ikinci sevgisini də itirmişdim".

"Ağlıma da gəlmirdi ki, bundan böyük faciə yaşaya bilərəm. Ən böyük faciəni mənə qızım yaşatdı. İlqarın ölümündən 2 ay sonra qızımın hamilə olduğunu bildim. Döydüm, incitdim, axır ki, kiminlə birlikdə olduğunu öyrənə bildim. Qızımın uşağının atası İlqar idi. Həmin gün göz yaşlarımı sildim və yeni həyata başladım" — həmsöhbətimiz bildirir. "Həyatımda olan kişilərin hər biri onu sevdiyimi düşünür" Jalə yenə əvvəlki peşəsi ilə məşğuldur. Amma indi ancaq keçmişdən tanıdığı insanlarla görüşür. Deyir ki, aya 3-4 min manat qazana bilir. Artıq qızının da övladı dünyaya gəlib. "İlqar qızımı aldatmışdı. Onun bu hərəkəti bütün hisslərimi bir anın içində darmadağın etmişdi. Hər gecə bir kişinin qucağında olsam da, İlqardan sonra mən bütün kişilərə nifrət edirəm. Mənə yenə sevgi elan edənlər var. İnanmaq istəyəndə Elvin düşür yadıma. Mənim nəvəm, qızımın oğlu, İlqarın oğlu…" — deyir. O, ölənə qədər bu işlə məşğul olacağını diqqətə çatdırır: "Kişilərə nifrət edirəm. Onlara yalan deməyi sevirəm. Həyatımda olan 5-6 kişinin hər biri ayrılıqda onu sevdiyimi düşünür. Amma mən onların pulundan istifadə edirəm, daha yaxşı yaşamaq üçün…" Jalə hamıya müğənni olduğunu deyib, gecələr bahalı avtomobili ilə qəsəbədən çıxanda hər kəs onun toya getdiyini düşünür. O isə…
Sputnik.az

Xəbərlər     Baxılıb: 5169   Tarix: 17 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

gelinlikler toy gecesi qaşların formalari naina ibrahimova hamiləlik həftələri kəpəyə qarşı 2026 geyimi kosmetika hakışdalar novruz bayramina aid hakisdalar naz mila gulmeli hakista birlik haqqinda