Gəlin paltarının tarixi və ağ təng olması haqqında

Gəlin paltarının tarixi və ağ təng olması haqqındaGəlin paltarının tarixi və ağ təng olması haqqında

XVI-XVII əsrlərdə ağ rəngli gəlinlikləri yalnız ömrünü Tanrıya xidmət etmək üçün kilsə həyatını seçən qızlar geyinə bilərdi. "Adi" qızlar isə çəhrayı və ya açıq mavi rəngli gəlinliklər geyinirdilər. Tünd və qara rənglər isə ümumiyyətlə, istifadə olunmurdu.

Hər birimizə aydın olduğu kimi, ənənəvi olaraq gəlin paltarı ağ rənglə assosiasiya olunur. Gəlin haqqında söz düşərkən biz, ilk növbədə, gözəl və ehtişamlı ağ gəlinlikləri beynimizdə canlandırırıq. Bəlkə də, bu artıq qəbul etdiyimiz bir qayda və vərdiş halıdır. Artıq xanımlar gəlinlik seçərkən başqa rənglərə də üstünlük verirlər, ancaq yenə də ağ rəngli gəlinliklər liderliyini qoruyur.

Həmçinin, müxtəlif ölkələrdə fərqli rəngli gəlinliklər mövcud olmuşdur. Fransada belə bir inanc formalaşmışdır ki, əgər qız bənövşəyi rəngdə gəlinlik geyinərsə, əri onu bütün ömrü boyu sevəcək. İrlandiyadakı qızlar isə istisnasız olaraq yaşıl gəlinlik geyinərmişlər. Çünki bu rəngin xoşbəxtlik gətirəcəyinə inam böyük olmuşdur. Ağ rəngli gəlinliklərin nə zamandan istifadə olunması ilə bağlı həqiqətə uyğun iki fərziyyə mövcuddur.

Birinci fərziyyə budur ki, XVII əsrin ortalarında şahzadə Viktoriya toya ağ rəngli paltar geyinmişdir. Təbii ki, bundan sonra bütün qadınlar onun bu hərəkətini təkrarlamağa başladılar.

İkinci versiyaya görə isə, belə bir ehtimal mövcuddur ki, ağ paltar dəbini Anna Avstriyskaya gətirmişdir (Anna Fransa kralı XIII Lüdovikin həyat yoldaşı idi. Eyni zamanda Avstriyskaya epiteti onun Qabsburq sülaləsinə mənsubiyyətini göstərmişdir). Tarixi faktlara əsasən, onun paltarı o qədər qəşəng olmuşdur ki, Fransanın ali təbəqəsini təmsil edən bütün qadınlar şahzadəyə bənzəməyə çalışırdılar. Daha sonralar isə bu dəb İspaniya, İngiltərə və Portuqaliyaya keçmişdir.

Qədim Romada gəlinliklərin rəngi sarı idi. Orta çağlarda isə gəlinliyin rəngi məsələsinə o qədər də fikir vermirdilər. Parçanın keyfiyyətli və göstərişli olması daha önəmli idi. Hər kəs ən yaxşı paltarlarını geyinirdi, rəng də hər kəsin öz seçiminə görə idi. Ağ gəlinlik adətinin dəbə düşməsi XVI yüzillikdə olmuşdur. Bu illərdə kral ailəsi gəlinlərinin gümüşu rəngdə gəlinlik geyinmələri ənənə idi. Kraliça Viktoriya bunu rədd etdi və ağ gəlinlik geyinməkdə israr etdi. Bundan sonra ingilis və fransız yazıçılar ağ rəngin məsumiyyətin simvolu olduğu mövzusunda yazmağa başladılar. Əxlaqi baxımdan bakirəlik evliliyin əsas şərti olduğu üçün ağ gəlinlik adəti yayıldı.

Evlənərkən ağ geyinmək gənc qızların bəkarətlərini cəmiyyətə elan etmələrinin vasitəsi oldu. Gəlinliklə bağlı bəzi batil inanclar da var. Bunlara görə bir qızın gəlinliyini özü tikməsi, bəyin toydan öncə onu gəlinliklə görməsi, gəlinliyini toydan qabaq geyinməsi uğursuzluq gətirir.

Ailə və Uşaq     Baxılıb: 7303   Tarix: 14 fevral 2015
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

turlar.az

gelinlikler gozel gorunmek geymler 2026 manqal salati bilik haqqinda atalar sözləri laylalar qadin dunyasi net kosmetika brusell bakteriyası şebnem tovuzlu ikizler novruza aid hakisda dostluq