Gəlini intihar edən məşhur azərbaycanlıdan İLGİNC AÇIQLAMA: "Balkon"a çıxıb şou göstərirdi" - FOTO

Ötən ay yaşadığı binanın eyvanından özünü ataraq intihar etmiş Bakı şəhər sakini Susana Şərifovanın qayınanası - şairə, Yazıçılar Birliyinin üzvü Simuzər Nüsrətbəyli oğlunun həbs edilməsi ilə razılaşmır.

Milli.Az xəbər verir ki, bu barədə ölkə.az-a danışan şairə bildirib ki, oğlu Əbülfəz Baxşıyev gəlini Susana Baxşıyevaya heç vaxt işgəncə verməyib:

"Deyirlər ki, guya oğlum gəlinimi mütəmadi olaraq döyüb, işgəncələr verib, ləyaqətini tapdalayıb. Oğlumla gəlinim 2009-cu ildə evləniblər. Bildirilir ki, ailə qurduğu gündən Susana işgəncələrə məruz qalıb, maddi sıxıntıları olub. Halbuki, 2009-2011-ci illərdə onlar İsveçin Stokholm şəhərində yaşayıblar. Oradan da yeddi aylıq hamilə gəlib və övladını da burada dünyaya gətirib. Oradan gələndən sonra onları Türkiyəyə göndərmişəm, orada yaşayıblar. Susana mənim evimdə şah kimi yaşayıb. Sonra bir il yarım oğlumu qoyub gedib. Gələndən sonra daha bir övladları - Nəzrin dünyaya gəlib. Əgər oğlum onu işgəncələrə məruz qoymuşdusa, niyə gəlib ikinci dəfə uşaq dünyaya gətirirdi? Niyə ilyarımdan sonra qayıdırdı? Oğlum onu zorla geri qaytarmamışdı".

S.Nüsrətbəyli deyib ki, oğluyla dünən görüşüb:

"Oğlumla dünən görüşmüşəm. Deyir ki, onu hələ də sevirəm. Heç vaxt istəməzdim ki, Susana ölsün, övladlarım yetim qalsın. Hansı evdə söz-söhbət olmur ki? Sübut etsinlər ona hansı işgəncəni vermişik? Ortalığa ekspertiza rəyi qoysunlar. Gəlinin qohumları böhtançıdır. Susananı o günə qoyan anası və iki bacısıdır. Onun bacılarının kim olduğunu hamı tanıyır. Susananı polisə göndərirdilər ki, oğlumu tutdursunlar, özləri rahat yaşasınlar. Çünki Əbülfəz Susananın ərsiz qadınlara qoşulmağına imkan vermirdi. Əbülfəz pis adam idisə, niyə Susana ilyarımdan sonra evimə qayıtdı? Axı Susana özünü atmayıb. Videogörüntülər də var. Çıxıb "balkon"a on dəqiqə şou göstərdi. Ya başı gicəlləndi, ya sürüşdü deyə yıxıldı. Camaat da aşağıdan videoya çəkirdi. Bu gün oğlumu heç nədən tutub salıblar həbsxanaya, iki övladı da qalıb atasız. Nərgiz nəvəmin altı yaşı var. Hər gecə ağlayıb deyir ki, atamı istəyirəm. Mən yeddi aylıq körpəyə baxıram. Dünən Kürdəxanıdakı təcridxanaya aparmışdım. Nərgiz ağlayır ki, atamı istəyirəm, Nərgiz hələ nə baş verdiyini bilmir, ağlayır. Oranın işçiləri körpələrin səsinə yığışmışdı".

Qeyd edək ki, Ə.Baxşıyev həbs edilib və hazırda Kürdəxanıdaki müvəqqəti saxlama təcridxanasında saxlanılır.
Gəlini intihar edən məşhur azərbaycanlıdan İLGİNC AÇIQLAMA: "Balkon"a çıxıb şou göstərirdi" - FOTOGəlini intihar edən məşhur azərbaycanlıdan İLGİNC AÇIQLAMA: "Balkon"a çıxıb şou göstərirdi" - FOTO

Xəbərlər     Baxılıb: 3115   Tarix: 23 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

adlarin menasi maskalar kosmetika mehsullari klyos donlar 2026 maraqlı faktlar bilinçik resepti plov reseptləri kosmetika nağıllar baliq veten tanisliq əfsanələr