Genlər insanın təkcə xarici görünüşünü deyil, xarakterini də müəyyən edir

Genlər insanın təkcə xarici görünüşünü deyil, xarakterini də müəyyən edirƏnənəvi olaraq belə hesab edilir ki, xarakterin xüsusiyyətlərini ilk növbədə mühit və tərbiyə formalaşdırır.
Lakin Amerika alimləri sübut ediblər ki, şəxsiyyətin xarakterinin formalaşmasına genlər də ciddi təsir göstərir.
AZƏRTAC xəbər verir ki, gözün rəngi və ya burunun forması kimi fiziki xüsusiyyətlərin valideynlərdən uşaqlara necə ötürüldüyü genetiklərə yaxşı məlumdur. Lakin bir çox psixoloji xüsusiyyətləri də çox vaxt irsiyyət müəyyən edir. Pensilvaniya Universitetinin bir qrup tədqiqatçısı uşaqların xarakterindəki müsbət xüsusiyyətlərin formalaşmasına valideynlərin genlərinin töhfəsini müəyyən etmək qərarına gəlib. Komanda 720 cüt bacı və qardaş, o cümlədən ögey bacı və qardaşlar barədə məlumatlardan istifadə edib. Belə müxtəliflik genetik faktorların təsirini ümumi mühit və tərbiyədən fərqləndirməyə imkan verib.
İştirakçıların psixoloji xüsusiyyətləri yeniyetmə yaşında və yetkinlik yaşından sonra test edilib. Tədqiqatçılar valideynlərin davranışını - onların nə dərəcədə qayğıkeş olduğunu, münaqişələrə, habelə uşaqlarını danlamağa və ya tərifləməyə meyilli olub-olmadıqlarını, qiymətləndiriblər.
Təhlil göstərib ki, xarakterin, məsələn, məsuliyyətlilik və vicdanlılıq kimi müsbət xüsusiyyətlərini qismən irsiyyət müəyyən edir. Lakin tərbiyədən də çox şey asılıdır.
Tədqiqatçıların fikrincə, nəticələr irsiyyət və tərbiyə arasında mürəkkəb qarşılıqlı əlaqənin olduğunu göstərir. Məsələn, əgər uşaq "doğru" davranışa meyillidirsə, valideynlər onun xarakterində müsbət xüsusiyyətlərin inkişafına kömək edirlər. Lakin bunun tam əksi də ola bilər.
Müəlliflər bildirirlər ki, genlər insanın xarakterini onun fiziki cəhətləri kimi dəqiq müəyyən etməsə də, onların təsirini danmaq olmaz. Bu, uşaqların tərbiyəsində səhvlərin qarşısını almağa kömək edir.
Genlərdə təkcə xarakterin xüsusiyyətləri deyil, həm də zərərli vərdişlər kodlaşdırılıb. Beynəlxalq miqyasda aparılan tədqiqatın nəticələrinə görə, tütünə və alkoqola meyillilik çox vaxt irsi faktorlarla bağlı olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1247   Tarix: 27 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

yay geyimləri 2026 toy gecesi gozel gorunmek interyer dizayni həsrət şəkilləri buga burcu ideal toy kosmetika pomidor rus dili 2ci ders hesaplama tapmacalar qu quşu