Gicirtkən çayının faydaları

Gicirtkən çayının faydalarıGicirtkəninin yarpaqlarında xırda tükcüklərin olması hamını ondan uzaqlaşdırır. Yarpaqlarının toxunduğu yerdə dərinin qıcıqlanması, qızarıb-qaşınması onun tərkibində olan kimyəvi maddələrin diqqətlə öyrənilməsini tələb edir.
Avropada gicirtkəndən fitoterapiya sahəsində geniş istifadə edilir. Onun sidikqovucu və orqanizimi şlaklardan təmizləyici xüsusiyyəti böyrək xəstəliklərini müalicəsində faydalı təsirə malikdir.
Elmi adı Urtica dioica olan bu bitkinin bir çox ölkələrdə fitoterpiya məqsədilə ticarətilə məşğul olan dərman firmaları vardır. Gicirtkən çayı aşağıdakı təsirlərə malikdir:
* sidikqovucu təsirə malikdir
* tərkibində çoxlu dəmir var
* anemiyaların müalicəsində istifadə edilir
* mədə-bağırsaq xəstəliklərini müalicə edir
* artrit əlamətlərini azaldır
* sidik yolları infeksiyalarına qarşı təsir göstərir
* qaraciyəri təmizləyir
* böyrəkləri təmizləyir
* öskürəyi kəsir
* soyuqlama əlamətlərini aradan qaldırır.
Gicirtkən çayı necə dəmlənir?
1 çay qaşığı quru gicirtkən 1 stəkan qaynar suya salınıb 10 dəqiqə dəmlənir. Çayın dəmlənmə vaxtı dəqiq olmalıdır, yoxsa boğazı qıcıqlandırar və mədədə narahatlıq hissi yarada bilər.
Mütəxəssislər təzə gicirtkən bitkisindən dəmlənən çayın təzyiqin aşağı düşməsində, eritrositlərin artmasında faydası olduğunu sübut etmişlər.
Gicirtkən yarpağının qurusu, ondan hazırlanan kapsul və həblər, yağlar ekzema və haymoritin müalicəsində istifadə edilir.
Milli.Az

Xəbərlər     Baxılıb: 971   Tarix: 18 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar

Pilates müasir dövrdə arıqlamaq və formada qalmaq üçün ən çox üstünlük verilən idman növlərindən biridir. İdman zallarına getmədən, ev şəraitində rahatlıqla edilə bilən bu məşqlər xüsusilə qarın, kürək və omba əzələlərin

.

Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır

.

Günvurma əlamətləri və ilk yardım - Terapevt nə deyir?

"İsti havalarda uzun müddət günəş altında qalan və ya yüksək temperatur şəraitində fiziki fəaliyyət göstərən şəxslərdə günvurma baş verə bilər". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi Instagra

.

Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?

"Heyvanlarla böyüyən uşaqlarda empatiya hissi və emosional bağlanma daha güclü ola bilər. Lakin körpə və kiçik uşaqların immun sistemi həssas olduğu üçün gigiyena qaydalarına ciddi əməl etmək vacibdir". xəbər veri

.

Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək

Son illərdə qalın və baxımlı qaşlar gözəllik trendlərinin ayrılmaz hissəsinə çevrilib. Lakin tez-tez makiyaj etmək, yanlış qaş alma vərdişləri və ətraf mühit amilləri qaşların zəifləməsinə səbəb ola bilər. Kimyəvi tərkibl

.

Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı

Yuxunuzun keyfiyyətinə təsir edən ən mühüm amillərdən biri yataq otağınızın temperaturu ola bilər. Mütəxəssislərə görə, nə çox isti, nə də çox soyuq mühit idealdır; bəs dincəldici bir yuxu üçün otaq temperaturu neçə dərəc

.

Xiyarın möcüzəvi faydaları

Yay mövsümünün ən çox istehlak olunan tərəvəzlərindən biri olan xiyar təkcə sərinləşdirici təsiri ilə deyil, həm də sağlamlığa verdiyi saysız-hesabsız faydalarla diqqət çəkir. Tərkibinin təxminən 95-97 faizi sudan ibarə

.

Buzlu içkiləri sevənlərə xəbərdarlıq

Buz hazırlanarkən gigiyena qaydalarına əməl edilmədiyi halda, buzlu içkilər bağırsaq infeksiyalarının mənbəyinə çevrilə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Asiyat Abdullayeva "RT"y

.

Yuxu üçün ideal otaq temperaturu neçədir?

Yuxu üzrə mütəxəssis Brayan Çen rahat və keyfiyyətli yuxu üçün ideal otaq temperaturunu açıqlayıb. xəbər verir ki, bu barədə " məlumat yayıb. Mütəxəssis bildirib ki, ideal temperatur 15,5-19,4 dərəcə arasında olmalıdır

turlar.az

qadin dunyasi yay geyimləri 2026 kosmetika mehsullari zeytun yağının faydaları hamiləlikdə qidalanma saç kəsimləri 2026 sizanaqlara qarsi vasite kosmetika klitor novruz hakisdalari hakistalar həsən bəy zərdabi hakista