Gigiyenanın insan sağlamlığına təsiri. Maraqlı tarixi faktlar

Gigiyenanın insan sağlamlığına təsiri. Maraqlı tarixi faktlarÜmumdünya Səhiyyə Təşkilatının fikirinə görə, gigiyena (burada məişət gigiyenası, əmək gigiyenası və s. nəzərdə tutulur) insanın sağlamlığında ən böyük rollardan birini oynayır.
Gigiyena anlayışı insanlara qədim zamanlardan məlumdur. Artıq bizim eramizdan 600-500 il əvvəl Qədim Romada 30 ayrı su kəməri, çoxlu sayda ictimai hamamlar və tualetlər var idi.
Gigiyena haqqında ilk elmi işlər böyük yunan alimi və həkimi Hippokrata məxsusdur. Bu elmi işlərdə Hippokrat sübut edirdi ki, insanın səhhətinə hava, su, qidalanma, həyat tərzi, vərdişlər və s. təsir edir.
Bizim eramızdan çox-çox əvvəl Qədim Romada müasir unitazlara oxşayan "qurğular" var idi.
2000 il bundan əvvəl Qədim Çində imperator sarayında zərif ipəkdən hazırlanmış ətir saçan... "tualet kağızı" istifadə olunurdu.
Orta əsrlərdə gigiyena, demək olar ki, tam şəkildə "hörmətdən düşdü". Qərbi Avropa  şəhərlərində su kəmərləri və kanalizasiya sistemi yox idi. Təbii təlabatlar üçün şəhər sakinləri adətən "gecə vazlardan" (sadə dildə desək "güvəclərdən") istifadə edirdilər ki, sonra isə onların içindəki sadəcə çölə tullanırdı. Nəticədə şəhərlərin küçələrində üfunətli "çaylar" axırdı. Bütün məişət zibili də çölə tullanılırdı və burada yığılaraq qalırdı (o vaxtlar zibil şəhərlərdən çıxarılmırdı). Bu isə (və həmçinin pişiklərin xristian kilsəsi tərəfindən məhv edilməsi) siçovulların fəlakətli şəkildə çoxalmasına səbəb olurdu. Siçovullar isə qara çiçək və s. təhlükəli xəstəlikləri insanlar arasında yayırdılar.
İsti su da o vaxtlar böyük problem idi. Bu səbəbdən də insanlar (hətta əsilzadələr) kifayyət qədər gec-gec çimirdilər.
O vaxtlar belə hesab edirdilər ki, tez-tez çimən insan öz orqanizmini "zəiflədir". Bəzi orta əsrlərə aid tibbi ədəbiyyatlarda belə iddia sürülürdü ki, "su vannaları qəbul edən insanın bədənində məsamələr genişlənir ki, nəticədə bu məsamələrdən insan orqanizminə xəstəliklər daxil ola bilər və insan xəstələnə və hətta ölə bilər". Bu səbəbdən onsuz da çox nadir hallarda çimən avropalılar bunu bir çox hallarda... paltarda edirdilər. Bunun digər səbəbi kilsənin çılpaqlığa və insan bədəninə olan münasibət idi - çılpaqlıq əxlaqsızlıq və günah sayılırdı.
Yeri gəlmişkən, paltarların yuyulması da o vaxtlar "dəbdə" deyildi.
Beləliklə, şəhərlərdə antisanitarlıq "hökm sürürdü". Çirk, üfunət, bitlər, birələr, siçovullar  o vaxtlar üçün adi reallıq idi.
Bütün bu dəhşətlərin nəticəsi kimi orta əsrlər tarixdə dəhşətli pandemiyalarla (taun, qara çiçək xəstəliyi, sifilis və s.) "məşhur" olublar. Orta əsrlərdə Qərbi Avropada şəhərlərin və hətta vilayətlərin əhalisi bu xəstəliklərdən məhv olurdu. Sağ qalanlar qorxudan şəhərləri tərk edirdilər. Lakin digər şəhərlərdə də xəstəliklər onları yaxalayıb öldürürdü. Belə ki, bəzi mənbələrə əsasən, XIV əsrdə Fransa qara çiçək xəstəliyindən əhalinin 1/3 hissəsini, İtaliya və İngiltərə 1/2 hissəsini itirmişdi. Ümumillikdə isə bəzi məlumatlara əsasən qara çiçək xəstəliyindən 25 milyon (!) insan həlak olmuşdu.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1321   Tarix: 15 fevral 2023
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

aksessuarlar yaz geyimleri 2026 toy makiyaji sekilleri qarın yağları kısa saç düzümləri salatlar veten haqqinda atalar sozleri kosmetika uzeyir baldiz məsəllər kahfe kali sevgi