Gökçe Mert ilə sevgili olmasından danışdı
"Ufak tefek cinayetler" serialının baş rol ifaçısı Gökçe Bahadır ötən gün alış-veriş mərkəzlərindən birində görüntülənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa tərəf müqabili Mert Fıratla sevgili olması xəbərinə münasibət bildirib.
O, çıxan xəbərlərin həqiqəti əks etdirmədiyini dilə gətirib:
"Bu dedi-qodular üzündən Mert ilə dostluğumuzu bitirən deyilik. Aramıza məsafə qoymadıq. Eyni serialda oynayanların qisməti belədir. Bir-birinə yaraşdırırlar onları. Ancak Mert mənim dostumdur. Handeni də tanıyıram. Çəkiliş meydançasına ziyərətə gəlir, danışırıq. Heç bir problem yoxdur".
Xatırladaq ki, bir müddət əvvəl çıxan xəbərlərə görə, Bahadır iş adamı sevgilisi Efe Durudan, Fırat isə aktrisa Hande Doğandemirdən bir-birilərinə aşiq olduğu üçün ayrılıblar.












Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin