Görün deputat "Porsche" ilə maşın vuran yeniyetmə haqqında nə dedi

Görün deputat "Porsche" ilə maşın vuran yeniyetmə haqqında nə dediXəbər verdiyimiz kimi, ötən gün 14 yaşlı Ağaəli Fərəcov idarə etdiyi "Porsche" markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobili ilə Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vurub. Qəza nəticəsində X.Məmmədova dünyasını dəyişib.

BiG.AZ xəbər verir ki, ölkə gündəmini zəbt edən bu məsələyə millət vəkili Qənirə Paşayeva da münasibət bildirib. Onun sözlərinə görə, bu yaşda bir uşaq məktəbdəki təhsili ilə, əxlaqı, çalışqanlığı ilə fərqlənməlidir:

"Həmin fotolardan baxan uşağın həyat tərzini təxmin etmək çətin deyil. Kimsə "ata-analar öz övladlarını necə bədbəxt edirlər" deyə danışanda bu hadisəni diqqətdən qaçırmamalıdır. 24 yaşlı gənc ananın ölümündə 14 yaşında uşağa bir müəllimin ömrünün sonuna qədər qazana bilməyəcəyi məbləğə maşın alıb, onu məktəbə göndərən ata günahkardır; yaşı çatmayan və demək, sürücülük vəsiqəsi olmayan bir uşağa sənədsiz maşın sürməyə imkan verən, buna şərait yaradan ailədir bu gün iki uşağı yetim qalan gənc ananın ölümündə suçlu olan (Bu uşağın sənədsiz şəhərdə necə maşın sürə bilməsi də ciddi araşdırılmalıdır. Bəs bu sahəyə cavabdehlər niyə addım atmayıblar? Atıblarsa, hansı addımlardır, ictimaiyyət bilməlidir. Çünki bir gənc insan həyatını itirib və iki uşaq anasız böyüyəcək)".

Millət vəkili eyni zamanda 14 yaşlı Ağaəli Fərəcovun məsələyə münasibətindən də danışıb:

"Atanın mətbuatdakı açıqlamalarını baxdım. Böyük təəssüf, qınaq və hiddət hissi ilə... Bu cür atalara demək istəyirəm ki, milləti düşünmürsünüzsə, heç olmasa, övladınızı, onun gələcəyini düşünün! Bir uşaq əlində içki, ağız dolusu qəlyan tüstüsü, bahalı maşın pozları ilə qürur duymamalıdır, bunu etməməlidir. Bu onun gələcəyinin məhv olması deməkdir. Neçə-neçə insanın həyatını məhv etməsi deməkdir. O yaşda bir uşaq məktəbdəki təhsili ilə, əxlaqı, çalışqanlığı ilə fərqlənməlidir. O pulları uşaqlarınızın məhvinə deyil, kasıblara, ehtiyacı olanlara, yaxşı bir işə dəstəyə xərcləyin və uşağınız da sizin bu əməllərinizi görüb doğru tərbiyə olunsunlar. Onsuz da sizin pulunuz Allah nəsib etsə, övladınıza qalacaq. Kiçik yaşlarda yazıq etməyin övladlarınıza, onların tərbiyəsini... Sonra da əziyyətini sizdən çox başqaları çəkir və buna haqqınız yoxdur. Qudurğan pozlar, həyat tərzi heç bir normal insanda rəğbət yaratmır, tam əksinə, nifrət yaradır. Qanunlar, hüquq öz yerində və ümid edirik ki, ədalət yerini tutacaq. Amma əgər bir az vicdan anlayışı varsa, o ailə və iki uşaq anasını yetim qoyan o "uşaq" bir ömür vicdan əzabı cəzası çəkəcək. Yetər! Hər kəs pulu özü üçün qazanır və ondan başqalarını əzmək üçün istifadə etməyə heç kəsin haqqı yoxdur".

Xəbərlər     Baxılıb: 10237   Tarix: 05 may 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Kabakın az bilinən möcüzəvi faydası: Bədəndəki ödəmin bir nömrəli düşməni imiş

Müasir dövrün ən böyük problemlərindən olan hərəkətsiz həyat tərzi, balanssız qidalanma və yetərsiz su qəbulu bədəndə ödəm və şişkinliyin yaranmasına səbəb olur. Bir çox insan bu problemi həll etmək üçün süni preparatlar

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Aşkarlanması illər çəkir: "Kuşinq sindromu" nədir? – Gizli təhlükənin simptomları

Tibbi statistikaya görə, diaqnozunun qoyulması bəzən 3 ildən çox vaxt tələb edən və bir çox fərqli xəstəliklərlə səhv salınan "Kuşinq sindromu" müasir dövrün ən təhlükəli daxili xəstəliklərindən biri hesab olunur

turlar.az

gözəllik məhsulları aksessuarlar geyim dəbləri yemək 2026 donlari gavalinin faydasi mətbəx qaydaları kosmetika terezi sekis qiz evi ucun burclerin uyumu kley lekesi