Göy soğanın faydaları

Göy soğanın faydalarıGöy soğan ot bitkisi olub, soğan toxumlarının becərilməsindən əmələ gəlir. Bu zaman əkilmiş soğan toxularını çox yetişib baş soğana çıxarılmasına yol verilmir. Göy soğanın yarpaqları 40 santimetrə qədər uzandıqda ondan istifadə edilir. Bu soğan boru şəkilli göyərti olub bir çox yeməklərdə və salatlarda istifadə edilir. Salatlarda soğanın dadı əvəzolunmaz olur. Göy soğandan ilk dəfə Aralıq dənizi sahillərində istifadə edilmişdir. Amma, antik Yunan və Roma ədəbiyyatında göy soğan barədə məlumatlara da rast gəlinib. Göy soğandan Qafqaz öklələrində də geniş istifadə edilir. Azərbaycan mətbəxində də müxtəlif salatların hazırlanmasında və yeməklərin dekorasiyası zamanı göy soğandan istifadə edilir.
Göy soğanın bir-neçə növü daha dadlı olduğu üçün mətbəxlərdə bu növlərə üstünlük vürilir. Bu soğanın Merkuri və Bolqar növləridir ki, onların uzunluğu 20 sm, qabıqları isə zərif olur. Bu növə məxsus göy soğanlar soyuq havaya davamlı olurlar. Göy soğanın tərkibi kalium, kalsium, dəmir,fosfor, maqniumla zəngindir. Onun efir yağlarının tərkibində kükürd, zülallı maddələr, askorbin və nikotin turşusu, tiamin, riboflavin, karotin var. Göy soğanın ən üstün cəhətlərindən biri onu saxlayan zaman tərkibində olan vitamin və mineralların miqdarının artmasındadır. Göy soğanın orqanizm üçün faydalı olması barədə qədim zamanlarda da insanların məlumatı olub və bundan istifadə ediblər. Bu tərəvəz podaqra, revmatizm, sinqa, sidik daşı xəstəliyi zamanı, piylənmədə, psixi və fiziki yorğunluq zamanı çox faydalıdır. Bu tərəvəz həzm sistemin orqanlarının ferment ifrazını sürətləndirməklə həzmi yaxşılaşdırır, öd və sidik ifrazının sürətləndirir. Aparılan araşdırmalar göy soğanın maddələr mübdələsini yaxşılaşdırdığını, iştahanı artırdığını, antisklerotik təsirə malik olmasını sübut edib. Podaqra, revmatizma, atereskleroz xəstələrinə və piylənmədən əziyyət çəkənlərə daima qida rasionunda göy soğandan istifadə etmələri məsləhət bilinir.
Kulinariyada göy soğandan şorbaların, pürenin, sousların, ətlərin, salatların hazırlanması zamanı geniş istifadə edilir. Onu xırda doğrayıb yumurta ilə qarışdıraraq bişirdikdə isə çox dadlı olur. Göy soğan zərif dad və xüsusi qoxuya malikdir. Yeməklərdə onun torpaqda qalan ağ hissəsindən, salatlarda isə yaşıl hissəsindən istifadə edilir. Göy soğandan soyuq qəlyanaltı kimi istifadə edilməklə yanaşı, ət yeməklərinin yanında qarnir kimi də istifadə edilir.Onun yaşıl yarpaqları yetişmə dövrünü uzun müddət sürərsə qabıqları sərtləşir və xoşagəlməz dada malik olur. Mədə və onikibarmaq bağırsaq xəstəlikləri zamanı göy soğan yemək məsləhət görülmür. Xalq təbatətində göy soğanın şirəsindən oksalat daşlarının tökülməsində istifadə edilsə də mədə-bağırsaq xəstələri buna diqqətlə yanaşmalıdırlar.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1450   Tarix: 29 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxu üçün ideal otaq temperaturu neçədir?

Yuxu üzrə mütəxəssis Brayan Çen rahat və keyfiyyətli yuxu üçün ideal otaq temperaturunu açıqlayıb. xəbər verir ki, bu barədə " məlumat yayıb. Mütəxəssis bildirib ki, ideal temperatur 15,5-19,4 dərəcə arasında olmalıdır

.

"Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı

Ağcaqanadların bəzi insanlara daha çox hücum etməsi uzun illərdir maraq doğuran mövzulardan biridir. Aparılan elmi araşdırmalar göstərir ki, bu həşəratlar qurbanlarını təsadüfi seçmirlər və onların seçimində bir neçə bioloj

.

Köp niyə yaranır və ondan necə xilas olmaq olar?

Hər yeməkdən sonra qarnınızda narahatlıq və doluluq hiss edirsinizsə, bu, bədəninizin həzm prosesində çətinlik çəkdiyinin siqnalıdır. Şişkinlik qaçılmaz bir hal deyil, düzgün vərdişlərlə idarə oluna bilən bir prosesdir. xəbə

.

Kimlər qan üçün donor ola bilməz?

Qan donorluğu minlərlə insanın həyatını xilas etsə də, hər kəs donor ola bilmir. xəbər verir ki, həkimlərin sözlərinə görə, həm donorun, həm də qan alan şəxsin təhlükəsizliyi üçün müəyyən məhdudiyyətlər mövcuddur. Mütəxəssislə

.

Çılpaq yatmağın faydaları

Keyfiyyətli və dərin yuxu sağlamlığın, yüksək enerjinin və yaxşı əhval-ruhiyyənin əsas şərtlərindən biridir. Mütəxəssislər bildirirlər ki, gecə istirahətinin keyfiyyətinə təsir edən amillərdən biri də yatarkən geyim seçimidir

.

Uzun müddət oturmağın zərərini azaltmağın ən sadə yolu açıqlandı

Hər saatda cəmi beş dəqiqəlik qısa fasilə vermək uzun müddət oturmağın sağlamlığa mənfi təsirlərini azaltmaq üçün ən təsirli üsullardan biri hesab olunur. "British Journal of Sports Medicine" jurnalında dərc oluna

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

İsti havalarda su əvəzinə süd için

Yay aylarında yüksək temperatur səbəbindən orqanizm daha çox maye itirir. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, su əsas maye mənbəyi olaraq qalsa da, bəzi içkilər bədənin daha uzun müddət nəmlənməsinə kömək edə bilər

.

İsti havada çimərliyə bu qidaları aparmaq olmaz

Yay aylarında çimərlikdə istirahət zamanı düzgün seçilməyən qidalar qida zəhərlənməsi ilə nəticələnə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-diyetoloq Yelena Solomatina saytına müsahibəsində xəbərdarlı

turlar.az

yay kolleksiyasi qaşların formalari kosmetoloq bulka reseptləri cəmiyyət soyuqdəymə gözəllik sirləri kosmetika azerbaycan hakiwda vetene aid bayati bayati bayatilar