Göz ətrafında qaralmalar: Xəstəlik, yoxsa normal hal?

Göz ətrafında qaralmalar: Xəstəlik, yoxsa normal hal?Gözlərin ətrafında, göz qapaqlarında, ən çox da gözün altında qaralma, tündləşmə halları ilə tez-tez rastlaşırıq. Bunun hansı səbəblərdən olduğunu isə çoxları bilmir.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Rəfadar Xəlilov bununla bağlı açıqlamasında deyib ki, gözün alt və üst qapağında olan qaralmalar iki qrupa bölünür: Hər hansı xəstəliklə bağlı olanlar və normal olan hallar.
Onun sözlərinə görə, genetik olaraq bəzi insanlarda həmin hissədə piqment çox olur. Ona görə də həmin hissə kənardan qaralmış kimi görünür: "Və ya həmin yer bir az çökək olduğuna görə, reflektor olaraq çökək görünür. Həmin hissəyə çox işıqda baxanda heç bir qaraltı görünməz. Yəni bu, estetik olaraq ortaya çıxan haldır. Bəzi hallarda həmin hissədə dəri çox nazik olduğuna görə, altda olan damarlarən rəngi o hissəni tünd göstərir. Biz bunları patologiya saymırıq. Yəni xəstəlik deyil və müalicə etməyə ehtiyac yoxdur".
Göz həkimi bildirib ki, amma bəzi hallarda hər hansı bir xəstəlik nəticəsində, məsələn, konyunktivit zamanı ödem əmələ gəlir, maye dolur və rəng dəyişir, tündləşir. Onun sözlərinə görə, dermatitlər-istər allergik, istərsə də neyrodermatitlər, böyrəklərlə bağlı hər hansı problem olanda da göz qapaqlarında tündləşmə yaranır: "Alt qapaqlarda venoz damarlar həddindən artıq çoxdur, çox kiçik mikrokapilyarlarla zəngindir. Ona görə də ödem bir az çoxalan kimi damarlar mayeni sızdırır və ödem çoxalan kimi orda həm şişkinlik, həm də rəng, ton dəyişikliyi yaranır. Çox nadir hallarda isə qanda laxtalanma problemi olanda oradakı kapilyarlar partlayır və o hissəyə qan dolur, ona görə də həmin hissə qaralmış və ya göyərmiş şəkildə görünür".
Oftalmoloq qeyd edib ki, ikinci qrupa aid hər hansı bir hal varsa, göz həkiminə müraciət olunmalıdır: "Əgər göz həkimi göz ətrafı qaralmaların gözlə heç bir əlaqəsi olmadığını desə, növbəti addım böyrəklə bağlı araşdırma olmalıdır. Böyrəkdə də hər hansı prtoblem olmasa, dermatoloqa müraciət edilə bilər. Göz ətrafında olan qaralmalar göz aiddirsə, oftalmoloqun müalicəsindən sonra onlar aradan qalxır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2309   Tarix: 21 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

toy makiyajlari qadin sayti yemek reseptleri usaq otagi dizaynlari usaq oyuncaqlari badimcandan qisa hazirliq küncüt yağı kosmetika vidyolar qurd ve quzu vətənə aid bayatılar pizza rus dili 2ci ders