Göz gigiyenası
Uzun müddət mütaliə etmək, telefon, kompüter və planşetlərdən istifadə etmək görmə qabiliyyətinə çox mənfi təsir göstərir. Həmin təsirləri aradan qaldırmaq üçün, ilk növbədə, göz gigiyenasına əməl etmək və göz idmanı ilə məşğul olmaq məsləhətdir.
Milli.Az xəbər verir ki, həkim-oftalmoloq Gültəkin Məmmədova AZƏRTAC-a bildirib ki, göz idmanı əzələlərin möhkəmlənməsinə kömək edir: "Gözün daxilində əzələlər var və onların uzun müddət eyni vəziyyətdə qalması görmə qüsurlarına aparıb çıxarır. Açıq havada olanda gözün yığılmış əzələləri boşalmış olur və uzağa baxanda göz əzələləri istirahət edir".
Həkimlərin dediyinə görə, həmin göz hərəkətlərinə mütəmadi əməl etmədikdə müəyyən problemlər baş verir: "Xəstələr çox vaxt şikayətlənirlər ki, müəyyən vaxt işləyəndən sonra başını qaldıranda uzağı dumanlı görürlər. Onlar, həmçinin gözlərdə sulanma, alın nahiyəsində ağrılardan da şikayət edirlər. Ona görə də profilaktika üçün göz idmanı etmək məsləhətdir. Məsələn, belə bir asan qayda var: 20 dəqiqə işləyəndən sonra 20 saniyə 20 addım məsafəsinə baxmaq məsləhətdir".
Gimnastik göz hərəkətlərinə yaşından asılı olmayaraq hər kəs riayət etməlidir.
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudur
Bu testdən keçməyən yumurtanı əsla yeməyin
Hüseyn narkotik aludəçisi olandan sonra yalanlar danışdı
Anasının dəfninə getmədi, "TikTok"da sərvət qazandı
Əlikram Bayramov qadağa dövründə balıq tutdu
Yeməklə birlikdə su içənlərə xəbərdarlıq