Gözəlləşmək üçün bunları etməyin: Dermatoloqlar sirləri açdı
"TikTok" platformasında təəccübə səbəb olacaq gözəllik sirləri yayılıb.
Milli.Az Lent.az-a istinadla xəbər verir ki, sosial platforma istifadəçiləri kosmetoloji vasitə kimi tərkibində menstrual qan olan üz maskalarına üstünlük verdiklərini açıqlayıblar. Bu da bir çoxlarını narahat edib.
Dermatoloqlar menstrual maskanın dəriyə qulluq üçün steril üsul olmadığını dilə gətiriblər. "QİÇS"ə və ya cinsi xəstəliklərə yoluxmuş qadınların virusları dərilərinə ötürə biləcəyinə dair ehtimallar da var.
Dermatoloqlar onu da deyiblər ki, tərkibində qan yox, süd olan maskalardan istifadə etmək lazımdır. Hətta qanından özünə cavanlaşdırıcı məhsullar hazırlatdıran futbolçu Devid Bekhamın arvadı Viktoriya Bekhamın da etdiklərinin yanlış olduğunu vurğulayıblar.
Bundan əlavə, qoyun qığından hazırlanan və üzü cavan saxlayan məhsullardan istifadə edən məşhurlar arasında müğənni Harri Staylz, iş qadını Kim Kardaşyan və həmçinin, Viktoriya Bekham da var. Onlar 500 dollar ödəyərək kosmetoloq yanında prosedur keçirlər.
Qeyd edək ki, bu cür qəribə üsulları yoxlayıb "TikTok"da insanlarla bölüşən az deyil.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi