Gözətrafı dərinin bir sıra problemləri

Gözətrafı dərinin bir sıra problemləriBir çox hallarda qadınlar gözlərinin altında tünd kölgələrin ("göyərmələrin") olmasından şikayət edirlər.
Onların səbəbi irsiyyət, yaş, gözlərin xronoki yorğunluğu (məsələn, kompüterdə üzun müddət ərzində işlədikdə), streslər, siqaret çəkilməsi, vitamin çatışmazlıqları, allergiya kimi faktorlar ola bilər. Bəzi insanlarda isə, düzgün həyat tərzi sürmələrinə baxmayaraq, gözlərinin altında tez-tez tünd kölgələr əmələ gələ bilər. Bu halda mütləq həkimə müraciət etmək tövsiyə olunur. Bu əlamət hər hansı bir daxili orqanın xəstəliyinin əlaməti də ola bilər.
Gözlərinizin altında "göyərmələrin" olmasına meyllilik olarsa, yatmamışdan qabaq çox maye qəbul etməyin. Sürtgəcdən keçirilmiş kartof maskası, xiyar şirəsindən hazırlanan maskalardan, kosmetik buzdan istifadə etməklə bu göyərmələri aradan qaldırmağa cəhd etmək olar. Bu məqsədlə yaşıl çaydan da istifadə etmək olar. Pambıq diski bu çay dəmində isladaraq 10-15 dəqiqə müddətinə gözlərinizin üzərinə qoyub uzanın. Çay dəmləməsi çox isti olmamalıdır.
Gözətrafı sahələrin problemlərindən biri də şişkinlikdir. Buna meyllilik olduqda duzlu qidalardan və müxtəlif turşulardan imtina etmək, yatmamışdan qabaq çoxlu maye qəbul etməmək, gün ərzində dəriyə qulluq üçün sürtülən vasitələri (kremlər və s.) axşam yatmamışdan qabaq mütləq silmək tövsiyə olunur. Gözətrafı sahələrin şişkinliyinin səbəbi müxtəlif ürək, böyrək və digər daxili orqanların xəstəlikləri də ola bilər. Ona görə də gözətrafı sahələrdə tez-tez şişkinliklər yarandıqda həkimə müraciət edilməsi də vacib hesab edilir.
Gözətrafı sahələrdə şişkinlik olduqda "təcili yardım" üsulu kimi, çiy kartof və ya xiyardan hazırlanmış maskadan (yuxarıdakı qeydləri oxu) istifadə etmək olar. Maska hazırlamağa vaxtınız olmasa, sadəcə olaraq, təmizlənmiş çiy kartof və ya xiyar dilimini 20 dəqiqə müddətinə gözlərinizin üzərinə qoya bilərsiniz. Bu məqsədlə çobanyastığı, cökə ağacı çiçəyi, çöl qatırquyruğu bitkisindən hazırlanmış dəmləmələrlə edilən kompreslər də yaxşı kömək edir. İstənilən bitkilərin birindən 1 xörək qaşığı götürərək üzərinə 1 stəkan qaynar su tökün. 10-15 dəqiqə ərzində ağzı qapalı şəkildə saxladıqdan sonra bu dəmləmə ilə isladılmış pambıq diskini 15 dəqiqə müddətinə gözlərinizin üzərinə qoyun.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1442   Tarix: 14 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

yaz geyimleri 2026 yay geyimləri 2026 sade makiyaj sekilleri azad qadin moda xəbərləri testlər ehtiraslı şəkillər kosmetika veten haqqinda atalar sozu sekis bedii edebiyyat video novruz bayramina aid hakistalar