Gözlərin altında göy kölgələr. SƏBƏBLƏR

Gözlərin altında göy kölgələr. SƏBƏBLƏRBir çox insanlar bu problemlə üzləşir. Əksər insanlar buna yalnız kosmetik defekt kimi baxır.
Lakin nəzərə almaq lazımdır ki, bəzən bu simptom ciddi xəstəliklərə işarə edə bilər. Beləliklə, gözlərin altında göy kölqələrin səbəbləri bunlardır:
- İrsiyyət. Bəzi insanlarda belə kölgələr körpəlik dövründən olur və irsiyyətlə bağlıdır (yaxın qohumları arasında da bu simptoma tez-tez təsadüf edilir). Bunun səbəbi bu insanlarda gözlərin altında olan damarların dəriyə çox yaxın yerləşməsidir.
- Yaş dövrü. İnsan qocaldıqca dəri nazilir və bu səbəbdən dərinin altında olan damarlar daha aydın görünməyə başlayır - göy kölgələr əmələ gəlir.
- Yuxunun az olması. İnsan orta hesabla (söhbət böyüklərdən gedir) 7-8 saat yatmalıdır. Bu nisbi göstəricidir - bəzi insanlar 6-saatlıq yuxudan sonra özünü gümrah hiss edir, digərlərinə isə hətta 9 saatlıq yuxu azlıq edir.
Əgər insan uzun müddət ərzində az yatırsa, onun üz dərisi ağarır, solğun görünür və nəticədə dərinin altında olan damarlar daha aydın görünməyə başlayır. Gözlərin altında olan dəri çox nazikdir və bu səbəbdən damarlar burada daha gözəçərpan olur.
Bu problemi həll etmək üçün insan sadəcə kifayət qədər yatmalı və dincəlməlidir. Həmçinin bu sahələr üçün xüsusi kosmetik maskalar, kremlər var.
- Göz yorğunluğu, stress, xroniki yorğunluq. Uzunmüddətli stress və yorğunluq dərinin vəziyyətinə çox mənfi təsir edir və, o cümlədən, gözlərin altında göy kölgələrin əmələ gəlməsinə səbəb olur.
- Siqaret tüstüsündə və spirtli içkilərin tərkibində olan ziyanlı maddələr orqanizmin xroniki intoksikasiyasına (zəhərlənmə) səbəb olur. Toksinlər qanda və orqanizmin toxumalarında yığılaraq, o cümlədən, gözlərin altında göy kölgələrin əmələ gəlməsinə səbəb olur.
- Balanslaşdırmamış pəhrizlər, aclıq, düzgün olmayan natamam qidalanma, qidalanmada əsas qidalı maddələrin, vitaminlərin, mineralların çatışmazlığı insanın sağlamlığına mənfi təsir edir. İlk növbədə bu dəridə özünü büruzə verir - dərinin rəngi pisləşir, gözlərin altında göy kölgələr əmələ gəlir və s.
- Dəriyə düzgün olmayan qulluq (düzgün seçilməmiş krem və digər qulluq vasitələr, isti su ilə üzün yuyulması, dərinin dartılması və s.), ucuz keyfiyyətsiz kosmetika dəriyə çox mənfi təsir edir, dərinin daha tez qocalmasına səbəb olur.
- Xroniki xəstəliklər də dərinin vəsiyyətinə, rənginə və s. təsir edir. Gözlərin altında göy kölgələrin əmələ gəlməsi böyrək, qara ciyər və öd kisəsi, mədəaltı vəzi, endokrin və ürək-damar sistemi xəstəlikləri, anemiya (qanazlığı) zamanı mümkündür.
- Helmintozlar (qurd xəstəlikləri) zamanı qurdlar orqanizmi daim zəhərləyir ki, bu da, o cümlədən, göy kölgələrin əmələ gəlməsinə səbəb olur.
- Haymorit, baş ağrıları, üst dişlərin xəstəlikləri və bəzi digər pozulmalar da bu simptomun əmələ gəlməsinə səbəb ola bilər.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 2001   Tarix: 30 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

.

Dünəndən qalan çayı içmək olar?

Çay dünyada ən çox istifadə olunan içkilərdən biridir. Bəzən dəmlənmiş çay süfrədə saatlarla qalır, hətta ertəsi gün yenidən içilir. Bunun sağlamlıq üçün nə dərəcədə təhlükəli olması ilə bağlı isə müxtəlif iddialar yayılır

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu

ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub. xarici mediaya istinadla xəbər verir ki, söhbət Moderna və Merck şirkətlərinin birg

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

turlar.az

gozel gorunmek donlar 2026 yay kolleksiyasi xinayaxdi bayatilari uşaq və təhsil tehsile aid atalar sözləri faydalı qidalar kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır zəhmət qızlıq pərdəsi haxisda arxadan olmag