Gözlərin səyirməsi hansı səbəbdən baş verir?

Gözlərin səyirməsi hansı səbəbdən baş verir?Gözləriniz səyirir? Gözlərin səyirməsi hansı səbəbdən baş verir?
Bizim əksəriyyətimiz göz səyirməsinin nə olduğunu bilirik. Gözün səyirməsi qəfil başlayır. Bu bəzən kitab oxuyarkən, televizora baxarkən gözün üst qapağının titrəməsidir. Gözün səyirməsi bəzən qısamüddətli olur, bəzən isə günlərlə davam edir. Bu gözətrafı əzələdəki spazm və ya sinirlərin atılması səbəbindən baş verir. Gözün səyirməsi insan orqanizmi üçün təhlükəli hesab edilmir, amma bəzən sağlamlıqla əlaqədar ciddi xəstəliklərin əlaməti kimi meydana çıxa bilir. Xəstəlik əlaməti kimi baş verməsə də gözün səyirməsi insanın sinir sisteminə təsir edərək onu qıcıqlandırır.

Tibb elmi gözün səyirməsini "təkrarlanaraq gözün üst qapağında baş verən spazm tutması" kimi qeydə alır. Baş verən bu spazm bir və ya hər iki gözdə meydana çıxa bilir. Bəzi mütəxəssislər bunu göz əzələsinin qıcolması kimi qəbul edirlər. Bu qıcolmalar isə bəzən bir-neçə gün davam edir və sonra öz-özünə aradan qalxır.
Göz niyə titrəyir?
Gözün səyirməsinin dəqiq hansı səbəblərdən baş verməsi tibbə məlum deyil. Mütəxəssislər onun yorğunluqdan, stressdən, çoxlu kofein və ya spirtli içki qəbulundan baş verdiyini söyləyirlər. Gözün titrəməsi gözlərdə yorğunluq meydana çıxan zaman, gözlərdə həddindən artıq gərginlik olduqda, allergiya və ya göz membranının qıcıqlanması zamanı meydana gələ bilir. Spazm səbəbli baş verən bu əlamətlər zərərsiz və ağrısızdır.
Bəzən gözün səyirməsi nevroloji səbəblərdən meydana çıxır. Bu blefopospazm, amiotrifik skleroz, Lu Qeriq xəstəliyi zamanı baş verir. Blefarospazm ən çox qadınlarda baş verir, orta və yaşlılarda daha çox müşahidə edilir. Nevroloji səbəbdən gözün səyirməsi zamanı gözlər işığa qarşı həssas olur, üzün səyirən göz tərəfdə olan hissəsinin əzələləri titrəyir, bəzi hallarda isə gözün üst qapağı bir-neçə saat örtülü qalır.
Mütəxəssislər aşağıdakı hallarda gözlərində səyirmə olan adamları mütləq oftolmoloqa müraciət etməyi məsləhət bilir:
* Gözdə səyirmələr bir həftədən artıq baş verdikdə.
* Səyirmə həm gözdə, həm də üzdə baş verdikdə.
* Səyirmə zamanı gözdə şişkinlik baş verdikdə.
* Səyirmə ilə bərabər gözdən yaş gəldikdə.
* Gözün üst qapağı sallandıqda.
Oftalmoloq səyirmənin göz səbəbindən baş veməməsini təsdiqlədikdə isə mütləq nervpotoloqa müraciət etmək lazımdır. Problemi özünüz aradan qaldırmaq istədikdə isə stressi aradan qaldırmalı və yuxu rejiminizi normallaşdrımalısınız. İynəbatırma və massaj vasitəsilə də əlaməti aradan qaldırmaq mümkündür.

Xəbərlər     Baxılıb: 2484   Tarix: 05 dekabr 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

hamilelikde qidalanma makiyaj etmek qaydalari yay kolleksiyasi qara qaragatin faydalari maraqli el islerinin hazirlanmasi boğaz ağrısı əllərin tərləməsi kosmetika hakışta bayati rus dili novruz bayramina aid hakistalar vətənə aid bayatı