Gözlərin səyirməsi hansı səbəbdən baş verir?

Gözlərin səyirməsi hansı səbəbdən baş verir?Bizim əksəriyyətimiz göz səyirməsinin nə olduğunu bilirik. Gözün səyirməsi qəfil başlayır. Bu bəzən kitab oxuyarkən, televizora baxarkən gözün üst qapağının titrəməsidir. Gözün səyirməsi bəzən qısamüddətli olur, bəzən isə günlərlə davam edir. Bu gözətrafı əzələdəki spazm və ya sinirlərin atılması səbəbindən baş verir. Gözün səyirməsi insan orqanizmi üçün təhlükəli hesab edilmir, amma bəzən sağlamlıqla əlaqədar ciddi xəstəliklərin əlaməti kimi meydana çıxa bilir. Xəstəlik əlaməti kimi baş verməsə də gözün səyirməsi insanın sinir sisteminə təsir edərək onu qıcıqlandırır.
Tibb elmi gözün səyirməsini "təkrarlanaraq gözün üst qapağında baş verən spazm tutması" kimi qeydə alır. Baş verən bu spazm bir və ya hər iki gözdə meydana çıxa bilir. Bəzi mütəxəssislər bunu göz əzələsinin qıcolması kimi qəbul edirlər. Bu qıcolmalar isə bəzən bir-neçə gün davam edir və sonra öz-özünə aradan qalxır.
Göz niyə titrəyir?
Gözün səyirməsinin dəqiq hansı səbəblərdən baş verməsi tibbə məlum deyil. Mütəxəssislər onun yorğunluqdan, stressdən, çoxlu kofein və ya spirtli içki qəbulundan baş verdiyini söyləyirlər. Gözün titrəməsi gözlərdə yorğunluq meydana çıxan zaman, gözlərdə həddindən artıq gərginlik olduqda, allergiya və ya göz membranının qıcıqlanması zamanı meydana gələ bilir. Spazm səbəbli baş verən bu əlamətlər zərərsiz və ağrısızdır.
Bəzən gözün səyirməsi nevroloji səbəblərdən meydana çıxır. Bu blefopospazm, amiotrifik skleroz, Lu Qeriq xəstəliyi zamanı baş verir. Blefarospazm ən çox qadınlarda baş verir, orta və yaşlılarda daha çox müşahidə edilir. Nevroloji səbəbdən gözün səyirməsi zamanı gözlər işığa qarşı həssas olur, üzün səyirən göz tərəfdə olan hissəsinin əzələləri titrəyir, bəzi hallarda isə gözün üst qapağı bir-neçə saat örtülü qalır.
Mütəxəssislər aşağıdakı hallarda gözlərində səyirmə olan adamları mütləq oftolmoloqa müraciət etməyi məsləhət bilir:
* Gözdə səyirmələr bir həftədən artıq baş verdikdə.
* Səyirmə həm gözdə, həm də üzdə baş verdikdə.
* Səyirmə zamanı gözdə şişkinlik baş verdikdə.
* Səyirmə ilə bərabər gözdən yaş gəldikdə.
* Gözün üst qapağı sallandıqda.
Oftalmoloq səyirmənin göz səbəbindən baş veməməsini təsdiqlədikdə isə mütləq nervpotoloqa müraciət etmək lazımdır. Problemi özünüz aradan qaldırmaq istədikdə isə stressi aradan qaldırmalı və yuxu rejiminizi normallaşdrımalısınız. İynəbatırma və massaj vasitəsilə də əlaməti aradan qaldırmaq mümkündür.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1503   Tarix: 19 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

geyim necə seçməli gözəllik məhsulları qadın geyimi hekayələr meyvələr sevgi dünyası gənc ailə kosmetika uzeyir xərçəng bürcü haxışda maraqlı kahfe fali