Gözləyirdilər ki, Aygün dünyasını dəyişsin, mahnılarını sahiblənsinlər' - Əməkdar artistin bacısı
Əməkdar artist Aygün Bəylərin bacısı, sənətçinin mahnılarının müəlliflik hüquqlarının qorunmadığından gileylənib.
O, bu haqda azxeber.com-a müsahibəsində danışıb.
"Aygün xanımın mahnılarını oxuyan müğənnilər icazəsini alırlar?" sualına Zümrüd Aygün maraqlı cavab verib:
"İnanın ki, bu böyük problemdir. Mahnıları oxuyanlar sağ olsunlar. Çox gözəl şeydir ki, Aygünün mahnılarını yaşadırlar. İcazə almağa ehtiyac yoxdur, halallıq almağa da ehtiyac yoxdur. Bu mahnıları Aygün onsuz da xalq üçün ifa edib. Bəlkə də müəlliflərdən icazə alırlar, bunu bilmirəm. Amma mən hərdən çox inciyirəm ki, o müğənnilər rəhmətliyin adını çəkmirlər. Sanki gözləyirdilər ki, Aygün dünyasını dəyişsin, onun mahnılarını sahiblənsinlər. Mən özüm də oxuyuram. Sadəcə olaraq istəyim budur ki, Aygünün möhür vurduğu mahnıları kimsə ifa edirsə, onun adını çəkib, rəhmət oxusun".
Aysel Hacızadə









Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb