Gül kələmindən kotlet - HAZIRLANMA QAYDASI
Xanim.az lent.az-a istinadən gül kələmi kotletinin hazırlanma qaydasını təqdim edir.
Ərzaqlar:
1 ədəd ortaboy gül kələmi
2 ədəd yumurta
2 xörək qaşığı un
Duz
İstiot
Qızartmaq üçün yağ
Hazırlanması:
Gül kələmini doğrayıb yuyun. Duzlu suda tam bişənədək qaynadın. Sudan çıxardıqdan sonra əzib püre halına gətirin. Soyuduqdan sonra üzərinə yumurta, duz, istiot, əlavə edib yaxşı qarışdırın.
Tavada yağı qızardıb qarışımdan 1 xörək qaşığı həcmində götürüb tavaya qoyun və kotletləri ikitərəfli qızardın. İsti-isti süfrəyə verin. Nuş olsun!









Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları