Güllələndi, baltalandı, üzərindən traktor keçdi, amma sağ qaldı
Latviyanın Dauqavpils şəhər məhkəməsində öz tanışını amansız şəkildə qətlə yetirməyə cəhd etmiş kişinin cinayət işinə baxılır.
Xanim.az oxu.az-a istinadən xəbər verir ki, iş materiallarına görə, müttəhim öz dostları ilə birgə spirtli içkinin təsiri altında başqasının həyətindən metal tullantıları oğurlamağa çalışıb.
Gözlənilmədən üzərində olan pnevmatik tapança ilə tanışının baş nahiyəsindən bir neçə dəfə atəş açıb. Zərərçəkən qaçmağa çalışsa da, tapança ilə silahlanmış tanışı ona çatıb, yerə yıxıb və daha bir neçə dəfə atəş açıb.
Sonradan müttəhim traktora minib və ağır texnika ilə zərərçəkənin üzərində iki dəfə keçib. Onun öldüyünü hesab edərək, bədənini kəndirlə dolayıb və batırmaq üçün yaxınlıqdakı bataqlığa qədər sürüyüb. Ancaq traktor bataqlıqda batdığından, müttəhim əlinə balta alaraq, zərərçəkənin baş nayihəsindən zərbə endirib və ərazini tərk edib.
Çoxsaylı xəsarətlər almasına baxmayaraq, həkimlər onun həyatını xilas edə bilib. Cinayət işi üzrə proses fevralın 5-də davam edəcək, iclasda şahidlər ifadə verəcək.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin