Gün ərzində nə qədər pendir yemək olar?
Pendir alarkən və ya yeyərkən bəzi məqamlara diqqət etmək lazımdır.
Milli.Az xəbər verir ki, mütəxəssislər tövsiyə edirlər ki, pendir yeyərkən tövsiyə olunan miqdarı keçməsinlər. Tövsiyə olunan miqdar gündə 30-50 qramdır (təxminən 1-2 nazik dilim) . Bu miqdar əksər sağlam yetkinlər üçün təhlükəsiz və faydalıdır.
Niyə çox yemək olmaz?
Pendir yağlı və duzludur, artıq qəbul edildikdə xolesterin, qan təzyiqi və ürək-damar riski arta bilər, bəzi insanlarda şişkinlik və ya həzm problemləri yarada bilər.
Hansı pendirləri yemək daha uyğundur?
Daha sağlam seçimlər az duzlu ağ pendir, mozzarella, lor pendir, keçi pendiri (orta miqdarda)
Daha az məsləhət görülənlər pendirlərə isə çox duzlu (bərk, köhnə) pendirlər, yüksək yağlı sarı pendirlər (çox tez-tez deyil) aiddir.
Yüksək təzyiqi olanlar, ürək-damar xəstəliyi riski olanlar, laktozaya həssas insanlar pendir yeyərkən diqqətli olmalıdırlar. Belə hallarda miqdar 20-30 qramla məhdudlaşdırılmalıdır.
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO