Gün ərzində nə qədər şəkər qəbul etmək olar?

Gün ərzində nə qədər şəkər qəbul etmək olar?Ümumiyyətlə, şəkəri və onun növlərini iki qismə bölmək olar:

Sərbəst şəkərlər – qidaya və ya içkilərə qatıla bilən, həmçinin bal, meyvə şirələri və meyvə şirə konsentratları, bitki və meyvə əsaslı şərbətlər (siroplar) formasında mövcud olanlar.

Təbii şəkərlər – süd və meyvələrin tərkibində mövcud olur.

Şəkəri hansı formada və miqdarda qəbul etmək haqqında müxtəlif mənbələrdə müxtəlif məlumatlar vardır. Birləşmiş Krallığın "Qida üzrə Milli Elmi Məsləhət Komitəsinin" (SACN) məsləhətləri sərbəst şəkərin istehlakı haqda daha aydın təsəvvür verir. Belə ki, bu komitəyə əsasən şəkər sutkalıq enerji qəbulunun 5%-indən daha az olmalıdır. Bunu daha dərindən anlamaq üçün aşağıdakılar nəzərdən keçirilməlidir:

– 4- 6 yaş həddində olan uşaqlar sutkada 19 qramdan və ya 5 çay qaşığından çox sərbəst şəkər qəbul etməməlidirlər.

– 7-10 yaş həddində olan uşaqlar sutkada 24 qramdan və ya 6 çay qaşığından çox sərbəst şəkər qəbul etməməlidirlər.

– 11 yaş və ondan yuxarı olan uşaqlar və böyüklər sutkada 30 qramdan və ya 7 çay qaşığından çox sərbəst şəkər qəbul etməməlidirlər.

Bu həddləri nəzərdə saxlayaraq qeyd etməliyik ki, 330 ml miqdarında olan şirin qazlı içkinin tərkibində 35 qram və ya 9 çay qaşığı sərbəst şəkər var.

Əslində şəkər düşündüyümüz kimi yalnız şirin ərzaqların, şirin içkilərin və şirniyyatların tərkibində deyil, həmçinin müxtəlif növ içki və ərzaqların tərkibinə dad artırmaq məqsədi ilə əlavə edilir. Şəkərin əlavə edildiyi gözlənilməyən ərzaqlara konservləşdirilmiş lobya və paxlalılar, çörək, salat sousları, ketçup, konservləşdirilmiş tərəvəzlər, tərəvəz turşuları da aiddir.

Ərzağın tərkibində şəkərin olub-olmadığını yoxlamaq üçün mütləq onun tərkibinə nəzər yetirilməlidir:

– Əlavə edilmiş sərbəst şəkərlər bəzən sadəcə olaraq şəkər kimi qeyd edilmir. Şəkərə gizli adlar verilir ki, bunlara aqave nektarı, qarğıdalı şirinləşdiricisi, dekstroz, bal, qarğıdalı şərbəti (siropu), sukroz, fruktoz, qlükoz və doşab kimi adlar aiddir.

– Tərkibdə qeyd olunan inqridiyentlərin sırası onların çoxluq göstəricisidir. Yəni ən öndə gələnlər sonrakılardan daha çox olması deməkdir.

– Əlavə aydınlıq üçün ərzağın qablaşdırmasının üzərində verilən əlavə Qida Məlumat panelinə də fikir verin. Burada istənilən növ şəkər sadəcə şəkər kimi qeyd edilir ki, bu da 100 qram ərzağın tərkibində neçə qram şəkərin olduğunu bildirir.

Xəbərlər     Baxılıb: 2150   Tarix: 04 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

qaşların formalari yay geyimləri 2026 sac duzumleri elaci aciq zedelenmeler yaralar sizanaqlara qarsi dəri və saç kosmetika irem derici bayatilar gunay novruz atalar sozleri