Gündə iki dəfə yemək yeyin - həkim məsləhəti

Gündə iki dəfə yemək yeyin - həkim məsləhətiSağlam həyat tərzi keçirmək üçün düzgün qidalanmağın nə qədər vacib olduğunu yəqin ki, hər birimiz bilirik. Xüsusən də isti yay aylarında tərləmə səbəbindən orqanizm çoxlu miqdarda maye və mikroelementlər itirir, əgər onlar bərpa olunmazsa bir sıra problemlər meydana gələ bilər. Bunu da nəzərə almaq lazımdır ki, bu ilin yayı pandemiya dövrünə təsadüf edir.
Bəs görəsən evdə qaldığımız bu günlərdə qida rejimimizə necə diqqət etməliyik ki, həm sağlam həm də formada qala bilək?
Milli.Az lent.az-a istinaadənb bildirir ki, həkim-dietoloq Tutu Zeynalovayanın dediyinə görə, karantin rejimində sağlam qidalanmaq istəyiriksə gündə üç dəfə yerinə, iki dəfə ilə kifayətlənməyi bilməliyik:
"Nəzərə alsaq ki, bu il yay fəsli karantin rejiminə təsadüf etdi, belə olan halda insan istər-istəməz yuxudan daha gec oyanır. Bu səbəbdən də mən tövsiyə edərdim ki, biz gecikmiş səhər yeməyi yeyiriksə bir öyün daha az qidalanaq. Normalda səhər, günorta və axşam olmaqla gündə üç dəfə yeyirdiksə, karantin rejimində bunu səhər və axşam yeməyi şəklində edək".
Dietoloq onu da söylədi ki, karantindən sonra həm stresslə, həm də qida rejiminin pozulması ilə bağlı bir çox insanda çəki problemi yarandı. Bu da həmin şəxslərdə koronavirusdan ağırlaşma halları və yanaşı xəstəliklərin yaranma ehtimalını artırır. Həm çəkini nəzarətdə saxlamaq həm də sağlam qidalanmaq üçün gecikmiş səhər yeməyini saat 10-da etmək məsləhətdir:
"Səhər yeməyi həm protein və liflərlə həm də faydalı yağlarla zəngin olmalıdır. Boşqabımızda nə qədər çox rəng varsa bir o qədər orqanizm üçün faydalıdır. Protein qaynağı olaraq yumurtadan, süd məhsullarından (kəsmik, şor, süzmə, pendir), yağ olaraq avokado, zeytun arabir təmiz nehrə yağından istifadə oluna bilər. Bu menyuya göyərtiləri də əlavə etmək olar. Biz bunu nə qədər balanslı şəkildə etsək bir o qədər gec acarıq. Səhər yeməyindən sonra, təxmini saat 2-3 arası zəif bir ara yeməyi etmək olar. Bu zaman meyvə, çərəzlərlə çay, yay mövsümü olduğu üçün qarğıdalı, ara-sıra dondurma yeyilə bilər".
Gündə iki dəfə yemək yeyin - həkim məsləhəti
Həkim növbəti dəfə olaraq, axşam yeməyini saat 6-7 arası qəbul etməyi daha sonra isə həmin gün üçün qidalanmanı bitirməyi tövsiyə etdi:
"Axşam yeməyində boşqabımızı üç yerə bölürük. Bir hissəsində tərəvəzlər olur, 3/1-də ət qrupunda yer alan qidalar, digərində isə karbohidratlarımız olur. Axşam yeməyinə şorba ilə başlayıb daha sonra ət və salatlarla davam edə bilərik. Həftədə iki dəfə qırmızı, iki dəfə balıq, üç dəfə isə toyuq ətindən istifadə olunsa daha məqsədə uyğundur. Ət sevməyənlər isə digər protein tərkibli bitkiləri istifadə edə bilər".
Tutu xanım meyvə seçərkən diqqətli olmağı tövsiyə etdi, burada önəmli məqam qan-şəkəri sürətlə yüksəltməyənlərə üstünlük verməkdir. Eyni zamanda sayına da diqqət yetirmək lazımdır. Günə iki paydan atıq meyvə yemək tövsiyə olunmur:
"Xüsusən yay aylarında qidalanmadan danışırıqsa mütləq şəkildə orqanizmin su tələbatını ödəmək lazımdır. Burada söhbət sadə sudan gedir. Qazlı içkilər və meyvə şirələri bura aid deyil. Belə içkilərdən maksimum dərəcədə uzaq durmaq lazımdır"
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1706   Tarix: 11 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

toy gecesi qadin sayti geymler 2026 paltar modelleri kitayski roza fotoqaleriya qış salatları kosmetika masqalar vətənə aid bayatılar haxista sirin qogal efsane