Günvurmadan qorunmağın yolları açıqlanıb

Günvurmadan qorunmağın yolları açıqlanıb"İstivurma uzun müddət xarici mühitdə qalma nəticəsində bütün bədənin həddindən artıq istiləşməsindən yaranan vəziyyətdir. Bu zaman orqanizmin ümumi isinməsi, bədən hərarətinin yüksəlməsi və nəticədə vacib funksiyalarının pozulmasına səbəb olur".
Milli.Az report-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
O bildirib ki, istivurmanın bir növü olan günvurma birbaşa günəş şüalarının düşməsi nəticəsində beyin damarlarının artan temperaturun təsirindən genişlənməsi ilə yaranır: "İstivurma günvurmaya nisbətən daha tez baş verir. İstivurma üçün günəş əsas şərt deyil, hava buraxmayan isti paltarda fasiləsiz işləmək, isti havada uzun müddətli və yaxud bir neçə saat havasız, pis ventilyasiya olan yerdə keçirmək kifayət edir. Günvurmanın əsas əlamətləri - üzün qızarması, şiddətli baş ağrısı, başgicəllənmə, gözlərin qaralması, ürək bulanma, qusma, burundan qanın axması və görmə qabiliyyətinin pozulmasıdır.
Xəsarət alan şəxsi dərhal təmiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxartmaq, paltarının yaxasını açmaq və başı azca qaldırılmış vəziyyətdə kürəyi üstə uzatmaq lazımdır. Başının üstünə soyuq kompress (yaş sarğı) qoymaq, bədənini yaş parçaya bükmək və yaxud soyuq su vurmaq (çiləmək), çoxlu sərin su vermək məsləhətdir. Tənəffüs pozulduğu halda olaraq pambığı naşatır spirti ilə isladıb, bir neçə dəfə ehtiyatla xəsarət alanın burnuna yaxınlaşdırmaq lazımdır. Əgər xəsarət alan insan özündən gedib, nəfəsi dayanıb, nəbzini əl ilə yoxlayıb tapmaq olmur və ətrafda həkim yoxdursa, bu halda davamlı süni nəfəsvermə və ürəyin qapalı masajı etmək tövsiyə olunur".
Nazirlik rəsmisi günvurmadan əziyyət çəkənlərin sayını da açıqayıb. O bildirib ki, yay mövsümi başlayandan hələki anomal isti hava şəraiti qeydə alınmayıb: "Amma mövsüm başlayandan etibarən Bakı şəhər Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasına bununla bağlı bir neçə müraciət daxil olub. Belə ki, 12 nəfər günvurmadan əziyyət çəkərək təcili yardıma müraciət edib. Onlardan 10-na xəstəxanada, 2 nəfərə isə yerindcə yardım göstərilib. Uşağı birbaşa günəş şüalarına məruz qalmasından qorumaq məqdədilə ilk növbədə onun başını və ya bədənini panama və ya dəsmal ilə örtmək lazımdır. Ondan başqa, istivurmanın qarşısını almaq üçün çimərlikdə üzməy ilə qum vannasının qəbulunu növbə ilə etmək məsləhət görülür. Körpənin rasionuna, xüsusilə də gündüz saatlarında və günəş şüası qəbulunu planlaşdırıldığı zaman, meyvə-tərəvəz məhsulları daxil olmalı, yağlı qidalar və ət məhsullarını məhdudlaşdırmalıdır. Qazsız içkilər və şəkərsiz kompotlara üstünlük verilməsi tövsiyə olunur. Bu profilaktik tədbirlərinə riayət edilərsə, istivurma təhlükəsi körpələrdən yan keçəcək".
Terapevt isti günlərdə açıq havada işləyərkən nələrə diqqət yetirmək lazım olduğunu da vurğulayıb: "Açıq havada, xüsusilə isti yay günlərində günəşin altında olmağınız səhər 10-na kimi və axşam 6-dan sonra tövsiyə olunur. Zərurət yarandığı halda çölə çıxarkən günəş kremi məhsullarından istifadə nəticəsində dərini günəş ləkələrinin yaranmasından xilas edə bilərik. Baş nahiyəsini günəşdən qorumaq üçün gün eynəkləri, qoruyucu papaqlar və çətirlərdən istifadə edilməlidir. Yüngül yumşaq materiallardan hazırlanan paltarı geyinmək məsləhətdir. Həmçinin çox maye qəbul etməsi məsləhətdir, xüsusən təmiz, sərin suyu. Onu da nəzərə almaq lazımdır ki, çox isti havada həddindən artıq idman etmək insan səhhəti üçün təhlükəli ola bilər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1171   Tarix: 28 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Dietoloqdan sərnişinlərə xəbərdarlıq: Təyyarədə bu içkiləri qəbul etməyin

Diyetoloq Andrea Matis təyyarədə uçuş zamanı bəzi içkilərdən uzaq durmağı tövsiyə edib. bildirir ki, bu barədə "Infobae" məlumat yayıb. Mütəxəssisin sözlərinə görə, alkoqol, qəhvə, çay və enerji içkiləri susuzluğ

.

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

Bəzi qida və içkilər dərmanların təsirini azalda və ya təhlükəli yan təsirlərə səbəb ola bilər. xəbər verir ki, bu barədə onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib. Onun sözlərinə görə, süd bəzi antibiotiklərin, xüsusil

.

Pis yuxu insan beynini qocaldır?

"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları,

.

Quru göz sindromunun yaranma səbəbləri

Gözlərin kifayət qədər nəmlənməməsi, eləcə də uzun müddət qadcetlərdən (smartfon, kompüter və s.) istifadə "quru göz sindromu"nun yaranmasına səbəb olur. -a istinadən xəbər verir ki, bu barədə tibb elmləri doktoru

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyi

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

toy makiyaji sekilleri həkim məsləhəti qadın geyimi sifahi xalq ədəbiyyatı növləri geyim kombinasiyalari qısa saçların yığılması zirincin faydasi kosmetika vətən haqqında atalar sözləri sağlamlığın sirleri haxisda qiz evi rus dilini öyrənək