Hadisə və Mehmet Dinçerler rekord məbləğə ev kirayə götürdü
Hadisə ilə Mehmet Dinçerlərin evlərinin kirayə haqqı hər kəsi heyrətləndirib.
azxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, sürpriz bir qərarla evlənən Mehmet Dinçerler və Hadisə ötən gün boşanan İbrahim Çelikkol və Mihre Çelikkolun evini heyranedici qiymətə kirayələyib.
Boşanan cütlüyün evini kirayələmək istəyən Hadisə və Mehmet yeni evləri üçün əlli min lirə, təxminən beş min beş yüz manat verməli olacaqlar.
Rivada yerləşən villanın yeddi otağı olduğu və cütlüyün burada sadəcə həftə sonları qalacağı məlum olub.
Sosial media izləyiciləri cütlüyün bu qərarı ilə bağlı "boşanmış cütlüyün evini kirayələmək uğursuzluq gətirəcək", kimi şərhlər yazıb.
Ayşən









Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin