Hamı azərbaycanlı qızın erməni rəfiqəsi ilə BU VİDEOSUNDAN danışır
Sosial şəbəkələrdə azərbaycanlı və erməni qızın birlikdə "Mi gna" (Getmə) mahnısını ifa etməsinə dair video yayılıb.
Xanim.az haqqin.az-a istinadən xəbər verir ki, videoda mahnını Rusiyada yaşayan Kima Xudoyan rəfiqəsi Aytənlə birgə ifa edir.
Erməni qruplarından birinin isə İnstaqram səhfəsində qızların ifasını paylaşması müzakirəyə səbəb olub. Videoya edilən şərhlərdə erməni istifadəçiləri "Halaldı", "yeni nəsil nifrət və intiqam yükü olmadan böyüməlidir", "pis millət yoxdur, pis insanlar var", "İranda ermənilər və azərbaycanlılar çox yaxşı dostluq edirlər bu Rusiyada da mümkündür" - deyə qeyd ediblər.
Xudoyan xoş sözlər üçün izləyicilərə təşəkkür edib. Düzdür, videonun altında fərqli şərhlər də yer alıb. Belə ki, erməni istifadəçilərindən biri paylaşıma "Yalnız ermənilər dostluq haqqında danışırlar! Bu haqda azərbaycanlılardan soruşun, bəlkə sizinlə dost olmaq istəmirlər? " - deyə şərh verib.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Yuxusuz gecədən sonra bunu edin