Hamilə toy müğənnisi səhnədə öldürüldü - VİDEO
Hamiləliyinin 6-cı ayında olan toy müğənnisi səhnədə öldürülüb.
Xanim.az Milli.Az-a istinadla xəbər verir ki, Pakistanın Larkana şəhərində toyda çıxış edən müğənni Samina Samoon mahnı oxuyarkən güllələnib.
Xəstəxanaya çatdırılan Saminanın həyatını xilas etmək mümkün olmayıb.
24 yaşlı müğənni toyun əvvəlindən axırına kimi ayaq üstə durmaqdan imtina etdiyinə görə öldürülüb.
Onu öldürən şəxsin adı Tarique Ahmeddir. O, hadisədən sonra saxlanılıb.
Müğənninin əri hadisəyə görə məyus olub. O, xanımının 6 aylıq hamilə olduğunu söyləyib.
"Xanımım 6 aylıq hamilə olduğuna görə toyun axırına qədər ayaq üstə dayana bilməyib. O, toyda rəqs etdiyinə görə öldürülüb".
f Paylaş








Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu