Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik - sağlam başlanğıcın təməliHamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.
Həkimlər bildirirlər ki, əslində qadın hamiləlikdən öncə öz orqanizmini vitamin-minerallarla təmin etməlidir. Bu səbədən hamiləliyə hazırlıq dövründə, hamiləlik dövründə ilk gündən etibarən və laktasiya dövrlərində (süd verən analarda) kompleks vitamin-mineral tərkibli preparatlar istifadə edilməlidir. Bu komplekslər:
Hamiləliyə hazırlıq dövründə:  qadın orqanizminin zəruri vitamin, mineral və mikroelementlərə olan təlabatının ödənməsinə, hamiləliyə hazırlanmasına kömək edir.
Hamiləlik dövründə: hamiləliyin normal gedişatına,  dölün inkişafına və böyüməsinə kömək edir. 
Laktasiya dövründə:  ana südünün keyfiyyətinin yaxşılaşdırılmasına və ana südü ilə qidalanan körpənin normal inkişafına kömək edir. Qadın orqanizminin tez bərpa olunmasına səbəb olur.
Bəzən yaşlı nəsillərin nümayəndələrindən eşitmək olur ki, "biz vitaminləri içməmişik, amma uşaqlarımız sağlamdır", "lazım olan vitaminləri qidadan da almaq olur" və s. Bu sözlər bir çox insanda hamiləliyə qarşı münasibətin dəyişməsinə səbəb olur. Nəticədə hamiləliyin qadının fizioloji halı olması fikri unudulur və ona bir xəstəlik kimi baxırlar.  Lakin bu heç də belə deyil. Bəli, kənd yerlərində yaşayan və təbii süd məhsulları, meyvə-tərəvəz, toyuq, ət və s. ilə qidalanan qadınlar onlara lazım olan vacib maddələri qidadan ala bilirlər. Lakin şəhər sakinlərinin əksər hissəsi vitamin və mineralların çatışmazlığından əziyyət çəkir. "Şəhər" süd məhsulları (dükanlarda satılan) uzun müddət ərzində saxlanılması üçün xüsusi emal olunur ki, bunun nəticəsində onların tərkibində olan bir çox faydalı maddələr itir. Satış üçün nəzərdə tutulmuş meyvə-tərəvəzlərin yetişdirilməsi zamanı məhsuldarlığın artırılması məqsədilə bir çox hallarda kimyəvi maddələrdən istifadə olunur, nəticəndə bu meyvə-tərəvəzlərin faydası da azalır. Bundan əlavə ilın soyuq fəsillərində meyvə-tərəvəz az olur və bu insanlarda "avitaminoz" adlandırdığımız vəziyyətə səbəb olur. Əgər ana avitaminozdan əziyyət çəkirsə, bu həm ananın, həm də körpənin sağlamlığında heç də ziyansız ötüşmür.
Nəzərə almaq lazımdır ki, hamiləlik dövründə pasiyentlərin 50-90%-i ürəkbulanma və qusma ilə müşayiət olunan toksikozdan əziyyət çəkir və nəticədə vitamin və mikroelementlərin qəbulu və mənimsənilməsi kifayət qədər olmur.
Belə misalları çox çəkmək olur.... Nəticələr isə daha ciddi olur...
Vitamin və mineralların qeyri-adekvat qəbulu mayalanma ehtimalının azalması, hamiləlik ağırlaşmaları, dölün böyüməsi və inkişaf pozğunluqları ilə assosiasiya olunur və hamiləliyin itirilməsinə, erkən doğuşa, kiçik ölçülü və anadangəlmə qüsurlar ilə körpələrin doğulmasına səbəb ola bilər.
Beləliklə, belə bir nəticəyə gəlmək olur ki, hamiləlik zamanı dölün normal inkişafı və ananın sağlamlığı üçün düzgün və sağlam qidalanmadan əlavə vitamin-mineral komplekslərin qəbulu lazımdır və vacibdir. Bu cür komplekslər hamiləlik dövründə qadınların sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırır, toksikoz əlamətlərinin azalmasına səbəb olur və döldə anadangəlmə qüsurların yaranma tezliyini azaldır.
Hamilə qadının orqanizminə vitamin-minerallar hər gün daxil olmalıdır - üstəlik "ana - döl" adlanan unikal bioloji sistemin bütün ehtiyaclarının tam ödənilməsinə zəmanət verən miqdarda. Düzdür bu gün apteklərdə kifayət qədər vitamin-mineral kompleksi vardır. Lakin unutmaq olmaz ki, vitaminlərin və mineralların çoxluğu da orqanizm üçün təhlükəlidir. Bu səbəbdən də, sırf hamilələr üçün nəzərdə tutulmuş komplekslərdən istifadə olunmalıdır. Elə bir vitamin-mineral kompleksi seçilməlidir ki, tərkib ana və döl üçün gərəkli komponentlərdən ibarət olmaqla yanaşı, lazımlı və düzgün dozada olsun. Hamiləlik toksikozlarını da nəzərə alaraq həblərin ölçülərinin kiçik olması vitamin-mineral kompleksinin  asanlıqla qəbul olunmasını təmin edəcəkdir.
Hamiləlik hər bir qadının həyatında ən vacib və məsuliyyətli dövr olduğundan daha diqqətli olmaq lazımdır. Bu səbəbdən həkim və ya əczaçı ilə məsləhətləşmədən heç bir preparat qəbul etmək olmaz. Unutmayın ki, siz sağlam bir başlanğıcın təməlini qoyursunuz.
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.
Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr /news.milli.az

Xəbərlər     Baxılıb: 1423   Tarix: 03 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

sac duzumleri sade makiyaj sekilleri yemek reseptleri ev dizaynlari qonaq otagi bəxtiyar vahabzadə faydalı bitkilər cinsi yaxinliq kosmetika gəncə qiz evi haxista faydalı məsləhətlər novruz haqistalari veten seirleri