Hamiləlik vaxtı dəridə olan ləkələr
Hamiləlik zamanı qadınların dərilərində bəzi problemlər meydana çıxır. Hormonal sistemdə baş verən dəyişikliklər, orqanizmin vitamin balansının aşağı düşməsi dəridə quruluğu artırır, qaşıntı, səpgilər, çatlar meydana gəlir. Hətta bəzi hamilə qadınlarda hamiləlik boyu bədənin əksər hissəsi ləkələrlə örtülür.
Hamiləlik zamanı dəridə ləkələrin meydana gəlməsinə hormonların miqdarının artması səbəb olur.
Belə ləkələrdən ən çox rast gəlinəni Melasmadır. Hamiləlik maskası adlanan bu ləkələr, üzün görünən bütün hissəsini tutur. Bu zaman yanaqlar, çənə, alın, burunun üstü və yanları, üst dodaq qəhvə rəngində piqment ləkələrlə örtülür. 70-80% qadınlarda hamiləlik zamanı əmələ gələn bu ləkələr adətən doğumdan sonra itib gedir.
Dəridə belə ləkələr əmələ gəlməsin deyə hamilə qadınlara günəş altında gəzmək məsləhət görülmür. Yaz aylarının azacıq günəşi belə dəridə ləkələrin əmələ gəlməsinə səbəb ola bilir.
Hamiləlik zamanı dəridə əmələ gələn ləkələrdən biri də üzdə, boyunda, bəzəndə qarın nahiyyədə əmələ gələn, kapilyar damarlarda baş verən qansızmalardır. Bu qansızmalar hörümçəkşəkilli olur.
Hamiləlikdə sıx rastlanan dəri problemlərindən biri də qarın nahiyyəsində əmələ gələn qırmızı rəngli çatlardır. Çatlar doğuşdan sonra rəngini dəyişib gümüşü rəng olurlar. Bu gümüşü çat izləri qalıcı olur.
Milli.Az /news.milli.az









Hakışta
Qara zirə (Çörək otunun) faydaları
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
Enerji içkisi sevənlər oxusun
Çılpaq yatmağın faydaları
Sağlam qaraciyər üçün qəhvə için
Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR