Hamiləlik zamanı dəmir defisitli anemiya

Hamiləlik zamanı dəmir defisitli anemiyaDəmir Defisitli Anemiya (DDA) dünyada ən çox rast gəlinən qida pozulmasıdır və bütün növ anemiyaların 50%-ni təşkil edir. DDA-nın diaqnozu dəmir ehtiyatları və hemoqlobinin səviyyəsinin aşağı olmasını təsdiq edən məlumatlara əsaslanır. Hamiləlik dövründə anemiyanın rast gəlinməsi təxminən 42%-dır, Azərbaycanda 2016-ci ildə bu göstərici 40% olub.Hər il dünyada ana ölümlərinin 20-40% DDA ilə əlqələndirilir.
DDA-nın risk faktorlarına bol aybaşı qanaxmaları, hamiləlik,xüsusən təkrar olan, laktasiya dövrü, pubertant dövrdə intensiv boy artma, tərkibində dəmiri az olan qida qəbuludur.DDA-nın yaranma səbəbləri - xroniki qanitirmələr, dəmirin sorulmasının pozulması, dəmirə tələbatın artması və dəmirin alimentar çatışmazlığıdır.
Dəmirə olan sutkalıq tələblər. İnsan orqanizmində təxminən 4q dəmir var.Dəmirə sutkalıq tələbat kişilər üçün - 10 mq, qadınlar üçün - 18 mq-dır (hamiləlik zamanı - 38 mq, laktasiya dövründə 33 mq). Hamiləlik zamanı çiftin və dölün dəmirətələbatıkəskin artır, bununla bağlı orqanizmə tələb olunan və daxilə qəbul olan lazımi mikroelementin miqdarı arasında disbalans yaranır. Dəmirə qarşı tələbat daimi artır: I üçaylıqda - 1 mq/sut, II üçaylıqda - 2 mq/sut, III üçaylıqda - 3-5 mq/sut. Əksər qadınların fizioloji hamiləliyin 28-30 həftəsində qanın plazmasının və eritrositlərin həcminin nisbəti qeyri-düzgün artması ilə əlaqədar anemiya yaranır. Hamiləlik zamanı, doğuş və laktasiya dövründə istifadə olunan dəmir ehtiyatlarının bərpası üçün ən azı 2-3 il tələb olunur.
Anemiya zamanı önplana hipoksiyanı bildirən süstlük, yorulma, yuxululuq, başgicəllənmə, dad hissinin təhrif olunması, dəri örtüyünün solğunluğu, dərinin quruluğukimi əlamətlər çıxır. Sonradan toxumalarda dəmirin azlığını bildirən əlamətlər: ağız bucaqlarında çatlar, dilin selikli qişasının hamarlaşması, dırnaqlar üzərində köndələn çatlar, saçların qırılması və tökülməsi, taxikardiya və funksional sistolik küy müşahidə olunur.
DDA ilə müşahidə olunan hamiləliyin əsas ağırlaşmaları: hamiləliyin pozulması təhlükəsi -20-42%; hestoz - 40%; arterial hipotoniya - 40%; ciftin vaxtından tez ayrılması - 25-35%; dölün inkişafının ləngiməsi - 25%; vaxtından əvvəl doğuş - 11-42%. Doğuşlar daha çox qanaxmalarla ağırlaşırlar. Doğuşdan sonrakı dövrdə müxtəlif iltihabi ağırlaşmalar inkişaf edə bilər - 12%. Hətta dəmirin gizli defisiti zamanı qadınların 59%-da hamiləliyin xoşagəlməz gedişatı kimi hamiləliyin pozulması təhlükəsi və hestoz müşahidə olunur.
DDA-nın müalicə və profilaktikası. Profilaktikanı və müalicəni dəmir preparatlarının peroral qəbulundan başlamaq lazımdır. Dəmir duzlarını organizmdə dəmir ehtiyatlarının tam bərpasına qədər qəbul etmək lazımdır. Ümumdünya Səhiyyə Təşkilatının standartlarına əsasən sorulmanı yaxşılaşdırmaq üçün dəmiri C vitamini ilə birgə qəbul edirlər. Bətndaxili sinir borusunun defektlərinin yaranmasının qarşısının alınması üçün fol turşusununqəbulu tövsiyə edilir. B12 vitamini isə DDA-nın profilaktikasına lazım olan eritropoezi stimulə edir.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR. /news.milli.az

Xəbərlər     Baxılıb: 1718   Tarix: 14 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

aksessuarlar adlarin menasi reseptler ureyin isemik xestelikleri hamilə qala bilmək əlibala hacızadə hamilə qadın kosmetika qurd xəstəliklərinə qarşı mualicə uşaq şeirləri cinsi əlaqə sevda qiz evi ucun