Hamiləlik zamanı yuxusuzluq

Hamiləlik zamanı yuxusuzluqYuxusuzluq hamiləlik dövründə meydana çıxan problemlərdən biridir. Qadınların bəzilərində hamiləlik zamanı yuxusuzluq hamiləliyin ilk üçaylığından başlayır. Bunun səbəbi isə hamilə qadının çox gərgin olması və çox fikirləşməyidir. Ananın başında həddindən çox düşüncələrin olması onun sinir sistemindəki oyanıqlığı artırır ki, bu da qadının yuxularını " əlindən alır". Hamilə qadınların əksəriyyətində isə yuxussuzluq ikinci üçaylığın sonlarında və üçüncü üçaylıqda meydana gəlir. Bu zaman hamilə qadının qarnı böyümüş olur və o yatağa uzanarkən diskomfort hissi yaşayır. Qarın böyüdükcə yatağa rahat uzanmaq daha da çətinləşir və ananın yuxusu azalır. Bu zaman isə ananın ginekoloqa müraciət etməsində fayda var. Çünki, hamilə qadının normal yuxusu təmin olunmalı və o istirahət etməlidir.
Hamiləlik zamanı qadınlarda yuxusuzluğun baş verməsində hormonal sistemdə olan dəyişikliklər də mühüm rol oynayır. Hamiləlik zamanı progestron və digər hormonunun miqdarı artır. Buna hazır olmayan orqanizmin sinir sistemində oyanıqlıq əmələ gəlir və yuxusuzluq baş verir.
Hamiləlik zamanı qadınlarda yuxusuzluq fizioloji səbəblərdən də baş verə bilir. Bu səbəblərə aşağıdakılar aiddir:
* qarının böyüməsi
* bel və ya onurğa hissədə ağrıların meydana gəlməsi
* uşağın ana bətnində həddindən çox hərəkət etməsi
* gecələr tez-tez sidiyə çıxma
* qıcqırma hissi
* əzələlərdə meydana çıxan qıcolmalar
* qarın dərisinin dartılması səbəbindən baş verən dəri qaşınmları
* diafraqmanın sıxılması səbəbindən meydana çıxan boğulmalar
Psixoloji səbəblər:
* xroniki yorğunluq
* əsəb gərginliyi, stress
* qorxulu gecə yuxuları
Hamilə qadınlarda olan yuxusuzluğu necə aradan qaldırmaq olar?
1. Hamilə qadınlar gərginlikdən uzaq durmalıdırlar.
2. Yüngül işlərlə məşğul olmaq qadının yorulmasına və rahat yatmasına səbəb ola bilir.
3. Hamilə qadın qorxulu yuxular görürsə yuxusunu mütləq kiməsə (ərinə, anasına, rəfiqəsinə) danışmalıdır. Bu onu psixoloji cəhətdən rahatladar. Psixoanalitiklər qorxulu yuxunun yaxın adamlarla müzakirə olunmasının insana rahatlıq gətirdiyini söyləyirlər.
4. Gün ərzində hamilə qadınlar üçün nəzərdə tutulmuş idman hərəkətləri qadının əhval ruhiyyəsini və gecə yuxusunu normallaşdırır.
5. Axşamlar təmiz havada gəzinti, sakit və dostcasına söhbətlər hamilə qadının yuxusunun normllaşmasına səbəb ola bilir.
6. Axşamlar yüngül yeməklərlə qidalanmaq, az maye qəbul eləmək yuxunun normallaşmasına yardım edir.
7. Yatmazdan əvvəl 1 stəkan qaynar süd içmək hamilə qadının yuxusunu dərinləşdirir.
8. Yatmazdan əvvəl qarının dərisini losyonla silmək dərinin qaşınmamasına və yuxusuzluğun baş verməməsinə səbəb olur.
9. Yatmazdan əvvəl əsəbləşməmək, yataq otağının havasını dəyişmək, hətta, otağın kiçik pəncərəsini açıq qoyub yatmaq rahat yuxuya səbəb ola bilir. Əgər hava sərindirsə o zaman ayağınıza corab geyinib yata bilərsiniz.
10. Hamilə qadının yatağı rahat olmalı, təbii yataq paltarı geyinməli və təbii patçadan tikilmiş yataq dəstələrindən iatifadə etməlidir.
11. Hamilə qadın yatağa uzanarkən özünə rahat poza seçməli və ona necə rahat olursa o cürə də uzanmalıdır.
Hamilə qadınlara yuxugətiricilərdən istifadə etmək olmaz. Bu səbəbdən də hamilə qadın yataq rejimini təyin etməli və yuxarıda yazılanlara əməl eləməlidir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1241   Tarix: 08 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

yay kolleksiyasi hamilelikde qidalanma makiyaj instagram usaq otagi dizaynlari ərzaqlar asan sizanaqlara qarsi vasite kosmetika bayatılar gözellik novruza aid hakisda maraqli hakistalar laylalar