Hamiləlikdə böyrəklərin zədələnməsi zamanı qanın laxtalanma sistemi
Hemostazın pozulması hamiləlik vaxtı ilk növbədə aşağıdakı əlamətlərlə aşkarlanır:
- endotelin yayılmış zədələnməsi
- qanın laxtalanması
- toxuma hipoksiyası
- trombositlərin aktivləşməsi.
Hamiləlikdə böyrəklərin zədələnməsi zamanı trombositlərin aqreqasiyası artır, trombosit mənşəli maddələrin (tromboksan, tromboqlobilin) səviyyəsi yüksəlir. Bu zaman yayılmış damardaxili laxtalanma sidromu inkişaf edir. Xəstəliyin kliniki variantının gedişindən asılı olaraq qanın laxtalanma sistemi müxtəlif ağırlıq dərəcəsində olur və müxtəlif formada təzahür edir. Laborator müayinədə trombositopeniya, eritrositlərin fermentasiyası, fibrinolizin aktivləşməsi və fibrinogenin qan plazmasında deqradasiyası məhsullarının artması tipik sayılır. Hemostazın laborator göstəricilərinin dinamikada izlənməsi yayılmış damardaxili laxtalanmanın diaqnostikasını asanlaşdırır. Prosesin inkişaf etməsi nəticəsində yayılmış damardaxili laxtalanmanın klinik əlamətləri qeyd olunur. Bunlara aşağıdakılar aiddir:
- lokalizasiyalı hemoragiyalar
- tromb nəticəsində böyrəyin funksiyasının pozulması
- tromb nəticəsində qaraciyərin funksiyasının pozulması.
Ağır dərəcədə damardaxili laxtalanma baş verdikdə doğuş zamanı profuz uşaqlıq qanaxması və massiv hemoliz müşahidə olunur. Hemoliz anemiya, qanda sərbəst bilirubinin artması, hemoqlubinuriya ilə aşkar olunur.
Milli.Az / news.milli.az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Arzuolunmaz hamiləlik
Özündən 24 yaş kiçik həyat yoldaşından boşandı
Məşhur müğənni Güllünün şübhəli ölümü: Qızının həbsindən sonra oğluna qarşı da iddia qaldırıldı
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
35 yaşlı müğənni xərçəngdən öldü
Okan Buruk haqqında sürpriz sevgi İDDİASI: Onları görün kim tanış edib