Hansı ölkəyə gedirsənsə, oranın qayda-qanunu ilə davranmağa məcbursan' - Nadir
Müğənni Nadir Qafarzadə Rusiyaya gedən azərbaycanlı müğənnilərin ölkəyə buraxılmaması ilə bağlı danışıb.
azxeber.com xəbər verir ki, Moskvada olduğunu bildirən müğənni, iddiaları təkzib edərək əslində məsələnin o qədər də böyüdülməməli olduğunu bildirib.
"Hazırda Moskvadayam, axşam da Bakıya uçacağam. Əslində buradakı problemlər sırf azərbaycanılarla bağlı deyil. Sərhəddi keçən hər bir xarici vətəndaş ciddi şəkildə yoxlanılır, sorğu-sual olunur. Burada müharibə şəraitidir və bu cür olması da normaldır. Hansı ölkəyə gedirsənsə, oranın qayda-qanunu ilə davranmağa məcbursan. Xoşun gəlmirsə, gəlmə! Mənimlə birlikdə Damla da gəlmişdi, çox asanlıqla da geri qayıtdı. Mən üç saat saxlanılmışdım, o da prosedur belə idi. Məndən başqa onlarla adam var idi. Ona görədə uzun bir növbə yaranmışdı".
Müğənni bildirib ki, o Rusiyada özünə qarşı çox yaxşı münasibətin şahidi olub:
"Mən Kemerovo şəhərində oldum, gözəl münasibət gördüm. Heç kim, heç kimə durduğu yerdə sataşıb, nəsə etmir. Demək ki, sən burada qanun pozursan və "lotuluq" edirsən, dövlət də sənə qarşı tədbir görür. Bura gələndə çalışın özünüzü Azərbaycandakı kimi yox, bu ölkənin qanunlarına uyğun aparın".
Aysel









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
İrem Dericinin nişanlısı saxlanıldı
Bu yaşdan sonra ərə baxa bilmərəm' - Renka
Serdar Ortaç illər sonra etiraf etdi
Sılanın sevgilisi ilə yaxtada istirahət - FOTOLARI
Həftə ərzində az yatırsınızsa, bunu edin
Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq