Hansı uşaqlar günəş vannası qəbul etməməlidir? – Həkim izah edir
Bir yaşa qədər uşaqlar günəş vannası qəbul etməməlidirlər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bu barədə onkodermatoloqu Olqa Maşkova danışıb.
Onun sözlərinə görə, həddindən artıq günəş işığına məruz qalmanın immunitet sisteminə zərbə olduğunu xatırlamaq lazımdır.
"Bir ildən sonra da günəşə münasibət çox diqqətli olmalıdır. Günəş yanığından çəkinin. Tünd qaralma heç bir halda əla sağlamlıq əlaməti deyil.
Bundan əlavə, müxtəlif dəri formasiyalarını və ləkələri günəş işığından qorumaq lazımdır", - Maşkova bildirib.
O, həmçinin qeyd edib ki, əgər bir xal zədələnibsə və ya dəridə ləkələr yaranıbsa, heç bir halda xalq təbabətinə müraciət edilməməlidir. Bunun əvəzinə həkimlə görüş təyin edilməlidir.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi