Haqqımda sifarişli yazılar yazdıranları bilirəm' - Ramal özündən çıxdı
Müğənni Ramal İsrafilov jurnalist Əfruzə Ağayevanın iddialarına cavab verib.
azxeber.com xəbər verir ki, o, jurnalistin açıqlamalarını əsassız adlandırıb.
"Qonaqcanlı" verilişində məsələyə aydınlıq gətirən müğənni, yazıların sifarişli olduğunu iddia edib:
"Bir neçə gün öncə jurnalist xanım mənim pul aldığım halda məclisi idarə etmədiyimi, hətta gedib yatdığımı iddia etmişdi. Mən bunların sifarişlə, kimlər tərəfindən yazdırıldığını yaxşı bilirəm. Həmin adam özünü mənim dostum kimi aparsa da, mən artıq elə olmadığını bilirəm. Buradan da ona deyirəm ki, bunu sənin etdirdiyini bilirəm, amma heç vaxt sənin adını çəkməyəcəyəm. Qoy elə məclisdə üz-üzə gələndə sən biləsən bunu. Vəzifəsi və pulu olan iş xanımıdır. O heç müğənni də deyil, mənimlə nə işin var axı? Bu xəbərləri onun etdirdiyini elə onun öz yanındakı işçisi mənə deyib".
Xatırladaq ki, jurnalist Əfruzə Ağayeva "Gün ortası" verilişində müğənni Ramal İsrafilovun pul aldığı halda bahalı otellərdən birində təşkil olunan məclisi idarə etmədiyini, onu qardaşının əvəzlədiyini və müğənninin toyun keçirildiyi oteldə yatdığını açıqlamışdı.
Aysel









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin