Hava meteohəssas insanların sağlamlığına necə təsir edir?

Hava meteohəssas insanların sağlamlığına necə təsir edir?Küçədəki tufanla birgə sizin əhval-ruhiyyənizin də pisləşdiyini, təzyiqinizin dəyişdiyini, baş, sümük ağrılarının başladığını hiss etmisinizmi? Bütün bunlar yalnız meteohəssaslığın təzahürləri deyil. Hava şəraitindəki hər hansı bir dəyişiklik bu xəstəlikdən əziyyət çəkən insanların sağlamlığına təsir edə bilər. Doğrudur, bu çox subyektiv bir anlayış olduğundan tibb elmində çox vaxt ciddi nəzərə alınmır.
Məlumdur ki, belə xəstəliklərə düçar olmuş insanlara meteoasılılıq çox pis təsir göstərir.
Milli.Az bildirir ki, AZƏRTAC hava şəraitinin əhval-ruhiyyəyə təsiri barədə "Medikforum" saytına istinadla məlumat verir.
Artrit və artroz xəstəliklərindən əziyyət çəkənlərə hava dəyişikliyi daha pis təsir göstərir. Alimlər bunun niyə baş verdiyini izah ediblər. Atmosfer təzyiqinin aşağı düşməsi ona gətirib çıxarır ki, daxili maye praktiki olaraq oynaqlara təzyiq göstərir, oynağı uzadır. Bu da sonda narahatçılığa və ağrıya səbəb olur. Bu təhlükəlidirmi? Düzdür, bu, ölümlə nəticələnmir, lakin ağrıya səbəb olur, deməli, həyatın keyfiyyətinə təsir göstərir.
Ancaq aorta anevrizması olanlar üçün bu təhlükəlidir. Belə ki, genişlənmiş damar partlaya bilər. Ona görə də hava temperaturu dəyişmədən də təzyiqi izləmək vacibdir.
Hava kimlər üçün təhlükəli düşməndir? Söylədiyimiz kimi oynaqları ağrıyan və ürəyində problem olanlar üçün. Çünki soyuq hava şəraiti infarkt riskini artırır. Aşağı temperatur damarları daraldır, spazma yaradır. Ateroskleroz xəstələri üçün şaxta daha təhlükəlidir.
Bronxial astması olanlar uzun müddət şaxtalı havada durmaqdan çəkinməlidir. Soyuqdəymə bronxların selikli qişasının şişməsinə, bu da nəticədə boğulmağa gətirib çıxara bilər. Bu, zökəm və digər tənəffüs problemləri üçün xüsusilə təhlükəlidir.
Əhval-ruhiyyəyə isti hava da təsir edə bilir. Çöldə temperatur +30 dərəcədən yuxarı olduqda, beyin aterosklerozu olanlar üçün təhlükə yaranır. Meteoroloji asılılığı olan insanlarda süstlük və yorğunluq əlamətləri ilə yanaşı insult ehtimalı da artır.
İsti hava kök insanlara da pis təsir edir. Onlar çox tərlədiklərinə görə su itirir ki, bu da dehidrasiya riskinin artması deməkdir. Bu vəziyyətdə daha çox su içmək məsləhətdir. Yüksək qan təzyiqi olan insanlarda baş gicəllənməsi və halsızlıq olur. Ona görə də, hər cür hava şəraitində bu göstəriciyə nəzarət edilməlidir.
Hava asılılığını "ləğv etmək" mümkündürmü? Çətin. Ancaq həkiminizin tövsiyələrinə riayət etməli, soyuq hava şəraitində isti yerdə olmalı və sağlam həyat tərzinə riayət edilməlidir. Pis vərdişlərdən imtina edilməli, mülayim aktivlik, balanslaşdırılmış qidalanma - bütün bunlar sizin əhvalınıza daha yaxşı təsir edə bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1577   Tarix: 13 yanvar 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

toy makiyaji sekilleri makiyaj instagram həkim məsləhəti arıqlamaq dietası insani ariqladan qidalar qızartma reseptləri yumurtlama dovru kosmetika veten haqqinda bayatilar sevda baldiza aid haxisda rəksanə veten seirleri