"Hə, İlhamə Quliyevanın bir qızı var, adı da..."- İlhamə Quliyevanın oğulluğu Orxan

"Hə, İlhamə Quliyevanın bir qızı var, adı da..."- İlhamə Quliyevanın oğulluğu OrxanXalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirov müsahibə verib:

- Orxan, İlhamə xanıma Allah rəhmət eləsin. Üzr istəyirik, mərhumun ili çıxmamış bu var-dövlət məsələlərinə görə verəcəyimiz suallara görə...

- Çox sağ olun. Ölənləriniz rəhmətlik. Buyurun, anlayıram, işinizdir.

- Bizə çatdırılan məlumata əsasən bildirilir ki, sizin bir bacınız da var. Nə dərəcədə həqiqəti əks etdirir bu xəbər?

- Hə, İlhamə Quliyevanın bir qızı var, iki də oğlu ... Biri Afrikadadır, biri də Amerikadadır. Maraqlanın görün Obamanın yanında da qardaşım varsa, durum gedim onun yanına... (rişxəndlə-red) Bu nə söhbətdir axı ?! Gülməlidir, vallah.

- Həmin mənbənin sözlərinə görə xanımın adı Floradır və Fransada yaşayır.

- Hə adı Floradır, soyadı da Kərimova. Atasının adı da İsa Qənbər olmalıdır ya da ki, Əbülfəz Elçibəy. Araşdırın, dəqiq. Əfruzə xanım vallah mən tanımıram, əgər elə qohumum varsa, gəlib yasda iştirak eləsin, tanış olaq.

- Orxan bəs Əli Mirəliyevin canfəşanlığına nə deyərdiniz?

- Əli Mirəliyev yaşlı adamdı, danşır da... Amma ona çox ayıb olsun ki, bu mövzunu mərhumun bir cümə axşamı keçməmiş, gündəmə gətirdi. Mən yas saxlayıram, Ə. Mirəliyev var-dövlət dərdi çəkir. Özün obyektiv düşünün də... Bu bir az şou xarakteri daşıyır da. Amma ayıbdır, bu mövzunu şouya çevirməsin.

- Yasda da gördük ki, necə mədəni insansız. Sadəcə dəqiqləşdirmək istədik.

- Mətbuat nümayəndələrinə çox böyük hörmətim var. Hər zaman deyirəm nəsə olan zaman zəng edib, məndən soruşun sonra yazın. Aramızda sonradan inciklik niyə yaransın?

- Orxan deyirlər İ. Quliyevanın bank hesabları dondurulub.

- Bir insan rəhmətə gedibsə, onun bank hesabları avtomatik dondurulur. İ. Quliyeva Azərbaycan Televiziya və Radio açıq Səhmdar Cəmiyyətinin səsyazma studiyasının birinci müavini idi. O rəhmətə gedəndən sonra kartı bloklanıb. Bu da normal bir şeydi. Ölüyə maaş verirlər ki? Dövlətin qaydası var, qanunu var. Ölən adamın kartı dondurulmalıdır da... Maaş kartlarıdır da, başqa nə kartı var idi ki?

- Anladım.

- Əfruzə xanım, bir sual verirəm. Mən müraciət edirəm, elə bir adam tapın ki, mən var-dövləti keçirim onun adına, həmin kəs də İlhamə Quliyevanı yenidən həyata qaytarsın. Hər kəsin canı rahatlansın. Səmimi deyirəm, bütün var-dövləti keçirirəm onun adına...

- Təbii bilirik ki, belə şey mümkün deyil.

- Elə ağız dolu var-dövlət deyirlər ki... Hər bir insanın yaşadığı mənzili olur da. Deyirlər milyonları, nə bilim brilliantları... Gülünc danışırlar.

- Amma siz kirayə qalırdınız ?

- Düzdür ailəmlə kirayə mənzildə yaşamışam.

- Deyirlər ki, münasibətiniz İlhamə Quliyeva ilə yaxşı olmayıb, ona görə kirayə yaşamısınız.

- Bekar adamların danışığına fikir verməyin. Deyirlər də... /BiG.AZ/

Xəbərlər     Baxılıb: 6016   Tarix: 03 mart 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

sac duzumleri toy makiyaji sekilleri qadın geyimi dil haqqinda atalar sözləri geyimler 2026 bu ilin cantalari atalar sozu elm haqqinda kosmetika kahfe fali masqalar gozellik saglam qidalanma kondom