"Heç kimdən çəkinmirik, püşkdə hansı komanda düşsə..." — Rəşad Sadıqov

"Heç kimdən çəkinmirik, püşkdə hansı komanda düşsə..." — Rəşad Sadıqov"Kopenhagen"i sıradan çıxararaq Çempionlar Liqasında qrup mərhələsinə yüksələn "Qarabağ" bu gün səhər saatlarında Bakıya çatıb.

Xanim.az- ın futbol11.az-a istinadən məlumatına görə, komandanı hava limanında xeyli azarkeş və jurnalist qarşılayıb. Komandanın kapitanı Rəşad Sadıqov matçla bağlı sualları cavablandırıb:

- Çətin oyun oldu. Rəqib son dəqiqəyə kimi əlindən gələni etdi ki, mərhələni adlasın. Təcrübəli komandadır. Son ana kimi mübariz apardıq. Sevinirik ki, mərhələ adlayan tərəf biz olduq.

- Bütün azarkeşlər səhərə kimi yatmayıb, qələbəni bayram edib. Onlara nə sözün var?

- Hamıya təşəkkür edirəm. Hər kəs bunu istəyirdi. Neçə illərdir buna doğru gedirdik. Çox sevinirik ki, bu il istəyimizə çatdıq. Yadınızdadır, ötən mövsüm ÇL-i necə üzücü şəkildə tərk etdik. Bu il də hazırlıq dövründə məğlubiyyətlərimiz olurdu. Hətta insanlarda bizə qarşı inamsızlıq da yaranmışdı. Amma ilk gündən nəyəsə nail olmaq üçün nə əziyyət çəkəcəyimizi bilirdik. Düşündüyümüz transferlər alınmadı. Qurban müəllimi bir daha təbrik edirəm. Transfersiz, bu qədər çətinliklərə baxmayaraq, hansı ki, çoxlu zədəlilərmiz oldu, milliyə xeyli futbolçumz cəlb edildi, xeyli ağır proseslərdən keçdik. Bəzi şeylər var ki, kənardan görünmür. Dünənki matçda Qurban müəllim bir neçə dəfə oyun sistemini dəyişdi. Belə qarşılaşmalarda nəyisə dəyişmək böyük riskdir. İlk yarıda məğlub olmağımıza baxmayaraq, fasilədə bizə çox yaxşı çıxış etdiyimizi bildirdi. Bizə mərhələni keçəcəyimizi və inandığını dedi. Bütün xalqımızı təbrik edirəm. "Qarabağ" təkcə bizim yox, xalqın komandasıdır. Hansı komandanı təmsil etdiyimizi bilirik, son damla qanımıza görə mübarizə apardıq ki, arzumuza çataq.

- Bu gün püşk atılacaq. Qarşılaşmaq istədiyiniz rəqib varmı?

- İndiyə kimi püşkdə xüsusi istədiyimiz komanda olmayıb, heç kimdən çəkinməmişik.

- "İnter"lə 3 il əvvəlki matçda Zelinkanın səhvindən sonra demişdin ki, "bir də əlimizə bu cür şans düşəcək, ya yox, bilmirəm". Dünən qələbədən sonra nə düşünürdün?

- Yolda çox şey haqqında danışmışıq. 5 saat biz də yatmamışıq. "Rusenborq"la səfərdə 0:0 hesablı heç-heçədən sonra bizi təbrik edirdilər. Amma bu gün ÇL-in qruplarındayıq. Növbəti mövsüm reqlamentdə dəyişikliklər ediləcək, belə olan halda vəsiqə qazanmaq da çox çətin olacaq. Başa düşürdük ki, belə fürsəti bir də əldə etməyə bilərik. Əlimizdən gələni etdik ki, bu il istəyimizə nail olaq.

Xəbərlər     Baxılıb: 1427   Tarix: 24 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

kosmetika mehsullari hamiləlik kosmetoloq hamiləlikdə mirzə ələkbər sabir satiraları qadın və kişi intim pozalar kosmetika hakışta namiq qaraçuxurlu xerceng qu quşu insan