Həftəsonları çox yatanda niyə daha yorğun hiss edirik? - Həkim açıqladı
Həftə sonları çox yatmaq sağlamığa zərər vurur.
Milli.Az xəbər verir ki, bunu rusiyalı terapevt Anastasiya Ağayeva deyib.
Terapevt insanların həftə sonları yuxusuz keçən iş günlərinin əvəzini çıxmaq üçün artıq yatmağa çalışmasının sağlamlıq baxımından doğru olmadığını bildirib.
Həkimin sözlərinə görə, iş günlərində erkən oyanıb, həftə sonlarında isə uzun müddət yatmaq bədənin daxili bioloji saatını pozur. O qeyd edib ki, bu hal zaman qurşağının dəyişməsi ilə eyni təsiri yaradır və xüsusilə oyanma vaxtının dəyişməsi ritmi daha çox pozur.
O əlavə edib ki, insan həftə sonu səhər çox yatmağa çalışdıqda yuxu səthi olur, dərin və sürətli yuxu fazaları bəzən tamamilə itir. Nəticədə insan uzun istirahətdən sonra belə özünü yorğun və halsız hiss edir.
Aqayeva vurğulayıb ki, həftə sonları çox yatmaq xroniki yuxu çatışmazlığını aradan qaldırmır və bu vərdiş ürək-damar xəstəlikləri, piylənmə və şəkərli diabet riskini azaltmır.
Həkim yuxu rejimində sabitliyi qorumağı tövsiyə edib. Onun sözlərinə görə, insan hər gün, hətta istirahət günlərində də eyni saatda yatmalı və oyanmalıdır, bu vaxtda maksimum 30-60 dəqiqəlik fərq yolveriləndir.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO