Həkim-dermatonevroloq: Melanoma daha çox qadınlarda rast gəlinir

Həkim-dermatonevroloq: Melanoma daha çox qadınlarda rast gəlinirDərinin bədxassəli şişləri özündə melanoma və bazeliomanı birləşdirir. Melanoma dərinin bədxassəli şişləri arasında daha çox rast gəlinir və ondan əziyyət çəkənlərin sayı getdikcə artır. Bu xəstəlik 80-85 faiz hallarda qadınlarda rast gəlinir və daha çox selikli qişalarda aşkarlanır. Əvvəllər həmin xəstəlik əsasən orta yaş dövründə, adətən 50 yaşdan yuxarı müşahidə olunurdu. Lakin o getdikcə cavanlaşıb və hazırda həyatın ikinci onilliyində aşkarlanır. Xəstəliyin yaranma səbəbi məlum deyil. Lakin melanomanın yaranmasına 50 faiz hallarda dəridə olan xoşxassəli xalların səbəb olduğu deyilir. Çünki həmin xalların Günəş şüalarının təsirindən bədxassəliyə çevrilmə təhlükəsi var. Bundan əlavə, travmalar, ultrabənövşəyi şüalar, Günəş vannası qəbul etmək xoşxassəli xalın bədxassəliyə çevrilməsində mühüm rol oynayır. Azərbaycan ultrabənövşəyi şüaların aktiv olduğu zonalardan biri olduğu üçün bu xəstəliyə ölkəmizdə də rast gəlinir. Melanomanın daha çox dərisinin rəngi ağ, gözlərinin rəngi göy olan insanlarda əmələ gəldiyi deyilir.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin dermatonevrologiya kafedrasının dosenti, həkim-dermatonevroloq Səbinə Əhmədova məlumat verib.
"Səthi melanomanın rastgəlmə tezliyi 70 faizə bərabərdir və 40-50 yaşdan yuxarı dövrü əhatə edir. Əvvəlcə xalda balaca bir ləkə əmələ gəlir, sonralar böyüyür, bərkiyir, lövhəyə çevrilir, qaralır və nahamar olur. Ola bilsin ki, xalın mərkəzi ağarır və ondakı yara sağalan formada olur. Bu, o deməkdir ki, həmin xal bədxassəliyə çevrilir. Xalın rənginin dəyişilməsi, mərkəzinin ağarması, düyünlərin əmələ gəlməsi bədxassəliyə çevrilmənin əlaməti ola bilər. Düyünlü forma melanomanın daha bədxassəli formasıdır. Melanoma dırnaqaltı nahiyədə də yarana bilər. Xəstəliyin müalicəsi ilk növbədə histoloji müayinələrdən asılıdır. Burada dermatoskopiya müayinəsi böyük rol oynayır. Melanomanın müalicəsində konservativ müalicə bir o qədər də effekt vermir. Müalicə zamanı cərrahiyyə əməliyyat da tətbiq oluna bilər. Melanomada şişlər çox sürətlə metastaz verir. Metastazlar adətən yaxın orqanlarda qeydə alınır. Belə ki, əgər melanoma üzdədirsə, kəllə sümüyünə, beyinə metastaz verə bilər", - deyə həkim-dermatonevroloq bildirib.
Mütəxəssis qeyd edib ki, bazal hüceyrəli xərçəng - bazelioma bədxassəli törəmədir və bazeloid hüceyrələrdən ibarətdir: "Melanomadan fərqli olaraq bazeliomanın metastazları nadir hallarda qeydə alınır. Xəstəliyin yaranmasına səbəb olan etioloji amil bugünədək bilinmir. Xəstəlik 40-45 yaşdan sonra yaranır və əmələ gəlməsində Günəş şüalarının aktiv təsiri, kimyəvi faktorlar və digər şüa amilləri rol oynayır. Melanomadan fərqli olaraq bazeliomanın əlaməti düyüncükdür. Bazelioma səthi, sklerodermayabənzər, nodulyar, fibriepitelioma formasında ola bilər. Uzun sürən və residiv verən xəstəlikdir. Müalicəsi yerləşmə nahiyəsindən, ocaqların sayından, xəstənin ümumi vəziyyətindən asılıdır. Həm melanoma, həm də bazelioma zamanı lazerodestruksiya vasitəsilə xal götürüləndən sonra həmin törəmələr mütləq biopsiyaya verilməlidir. Xalın birdən-birə intensiv böyüməsi, rənginin dəyişilməsi, tündləşməsi, səthində nahamarlığın əmələ gəlməsi və qanaxma xərçəngə çevrilmənin əlamətləridir".
S.Əhmədovanın sözlərinə görə dəri xərçəngindən ölüm hallarına metastazlar səbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1790   Tarix: 15 fevral 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

geyim necə seçməli qadın geyimi geyim şəkilləri yay kolleksiyasi 2026 qonaq otagi daglar haqqinda qırmızı xalça kosmetika gözellik burcler haqqinda vətən haqqında atalar sözləri veten haqqinda atalar sozu veten haqqinda atalar sozleri