Həkim-endokrinoloq: Mütəmadi həkim nəzarətində olan prediabet xəstələrində

Həkim-endokrinoloq: Mütəmadi həkim nəzarətində olan prediabet xəstələrindəŞəkərli diabet müasir dövrdə ən çox rast gəlinən xəstəliklərdəndir. Xəstəliyin əsas göstəricisi qanda şəkərin miqdarının çox olmasıdır. Xəstəliyin səbəbi insulin hormonu ifrazının bir sıra səbəblərdən kifayət qədər və ya ümumiyyətlə olmaması, ya da toxumaların insulinə qarşı rezistent hala gəlməsidir. Şəkərli diabet daim nəzarət tələb edən xroniki xəstəlikdir və təəssüf ki, tam müalicəsi yoxdur. Diaqnoz vaxtında qoyulmadıqda və müalicəsi düzgün aparılmadıqda korluq, böyrək çatışmazlığı, qanqrena, miokard infarktı, insult və digər kəskin və xroniki ağırlaşmalara səbəb ola bilər. Şəkər xəstəliyinin 35-40 yaşdan sonra ortaya çıxan daha geniş yayılmış növlərindən biri də İkinci tip diabetdir. İkinci tip diabetdən əziyyət çəkənlərin mədəaltı vəzisində kifayət qədər insulin ifraz oldunsa da, hüceyrələrdəki insulin reseptorları işləmir. Ona görə də insulin hormonuna qarşı həssaslıq itir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə həkim-endokrinoloq Nadirə Ağazadə məlumat verib.
Həkim-mütəxəssis bildirib ki, şəkərli diabet xəstəliyinə tutulmaqdan ümumiyyətlə heç kim sığortalanmasa da, bir qrup insan xəstəliyin risk qrupuna aiddir: "Genetik meyili və prediabeti olanlar, ağır psixotrop dərmanlar qəbul edənlər, transplantasiya əməliyyatı keçirənlər, daima yüksək qan təzyiqindən, insulin dirəncindən və artıq çəkidən əziyyət çəkənlər, fiziki aktivliyi zəif şəxslər xüsusilə ikinci tip şəkərli diabet xəstəliyinin risk qrupundadırlar. Ümumiyyətlə ikinci tip şəkərli diabetin simptomları əsasən iki yerə ayrılır. Klassik simptomlara ağızda quruluq, tez-tez susuzluq hissi və ümumi halsızlıq aiddir. Bir qrup digər əlamətlər isə adətən xəstələr tərəfindən diqqətə alınmır. Belə olan halda, xəstələr həmin əlamətləri şəkərli diabet əlaməti hesab etmədikləri üçün həkimə daha gec müraciət edirlər. Belə xəstələrə şəkərli diabet xəstəsi olduğunu deyəndə onlar təəccüblənirlər. Qeyd edirlər ki, axı ağızda quruluq hiss etmirəm və çoxlu su içmirəmsə, mən necə şəkər xəstəsiyəm?! Ümumiyyətlə simptomlar ikinci tip şəkərli diabetdə birincidən fərqli olaraq yavaş-yavaş irəliləyir və əlamətlər, adətən, gizli gedir. Belə olan halda xəstəliyin fərqində olmaq çətin olur. Dəridə qaşınma hissi, əllərdə və ayaqlarda keyimə, bulanıq görmə və s. şəkərli diabetlə əlaqələndirilməyən simptomlardır. Bundan başqa, səbəbsiz yerə sürətli şəkildə çəkiitirmə, bədəndə gec sağalan yaraların əmələ gəlməsi və tez-tez təkrarlanan göbələk xəstəliyi də belə əlamətlərdəndir".
N.Ağazadənin dediyinə görə, diabet xəstəliyi vaxtında aşkar edilmədikdə xəstə ürəyi istədiyi kimi qidalanır və ona görə də şəkəri sürətlə yüksəlir: "Yüksək şəkər böyrəkləri, gözləri, ürək və beyin damarlarını zədələyir. Ona görə də şəkər xəstəliyini prediabet mərhələdə aşkar etmək faydalıdır. Mütamadi olaraq həkim nəzarətində olan, müayinələrdən vaxtında keçən prediabet xəstələrində ikinci tip şəkərli diabetin əmələ gəlməsi gec baş verir. Bir sıra hallarda ikinci tip şəkərli diabetin yaranmasını əngəlləmək mümkündür. Onu da qeyd edim ki, şəkər xəstələri yeni növ koronavirus (COVID-19) infeksiyasının risk qrupuna aiddirlər. Ona görə də həmin xəstələr koronavirus əleyhinə mütləq peyvəndlənməlidirlər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1550   Tarix: 15 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

yaz geyimleri 2026 maskalar geyim və ayaqqabılar stil və moda hamileliyin ilk elameti qış tədarükü salatlar ziyafət geyimləri 2026 kosmetika turpun nağlı atalar sözü dolca hakisdalar gözellik