Həkim-infeksionist: Əvvəlcədən vitamin qəbul edilməsi...

Həkim-infeksionist: Əvvəlcədən vitamin qəbul edilməsi...Yeni növ koronavirus (COVID-19) infeksiyası hava-damcı yolu ilə yayıldığından qış aylarında daha çox arta bilər. Qarşıda soyuq ayların olduğunu nəzərə alsaq, infeksiyanın artımı gözlənilən və proqnozlaşdırılandır. Onun qarşısını almaq üçün görülən tədbirlər ümumi respirator infeksiyalara qarşı aparılan tədbirlərdən ibarətdir. Burada başlıca məsələ hər kəsin öz üzərinə düşən məsuliyyəti dərindən anlamaqdan və ona düzgün riayət etməkdən ibarətdir. İlk növbədə zərurət olmadığı təqdirdə evdən çıxmamaq lazımdır. Küçəyə çıxmaq xəstəliyə yoluxmağa və başqalarını yoluxdurmağa səbəb ola bilər. Hansısa zərurətdən küçəyə çıxdıqda mütləq Maskalardan istifadə edilməlidir. Maskalar da bir neçə kateqoriyaya bölünür. Daha yaxşı olar ki, N95 maskalarından istifadə olunsun. Hazırda əhalinin əksəriyyəti cərrahi maskalardan istifadə edir. Əslində həmin maskaların istifadə müddəti 2 saatdır və onlar cərrahi məqsədlər üçün nəzərə tutulub. Onların qoruyuculuq funksiyası o qədər yüksək deyil. N95 maskasının da istifadə müddəti var. Bəzən ondan günlərlə, həftələrlə istifadə edilməsi əlavə problemlər yaranmasına səbəb olur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim-infeksionist, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərindən bəhs edərkən deyib.
Həkim-infeksionist qeyd edib ki, ev şəraitində koronavirusdan müalicə olunan xəstə varsa, ailənin digər üzvləri 14 gün müddətində təcrid olunmalıdır: "Xəstənin ailənin sağlam üzvləri ilə təmasına yol verilməməli, ailədə hamı maska taxmalı, ümumi istifadədə olan otaqlar gün ərzində mütəmadi olaraq dezinfeksiya edilməlidir. Evin havası 2-3 saatdan bir dəyişilməli və digər profilaktik tədbirlər görülməlidir. Nə qədər ki, koronavirus infeksiyasına qarşı peyvənd hazırlanmayıb, o həmişə mövcud olacaq. Hazırlanan peyvənd kifayət qədər səmərəli olmasa, onda bu infeksiya ilə birlikdə yaşamaq qaydasına yiyələnməliyik.
Bunu mütləq nəzərə almaq lazımdır ki, bir xəstə üçün tətbiq olunan müalicə vasitəsi digəri üçün əks göstəriş ola bilər və hətta daha ağır nəticələrə aparıb çıxarar. Ona görə də özünümüalicə üsulundan çəkinmək lazımdır. Ev şəraitində müalicə olunan xəstəyə kompleks yanaşılır. Xəstənin rejimi, qidalanması, yaşı nəzərə alınır. Bundan başqa müalicələr xəstənin vəziyyətinə, yaşına, cinsinə, yanaşı xəstəliklərinə uyğun olaraq aparılır. COVID-19-a yoluxanlar arasında ağır gedən patologiyalar şəkərli diabet, autimmun və onkoloji xəstələr, böyrək çatışmazlığından əziyyət çəkənlər, daha çox piylənməsi olanlardır və onların infeksiyaya yoluxması daha ağır nəticələrə səbəb ola bilər. Müalicəyə başlayanda xəstənin vəziyyəti qiymətləndirilməli və bundan sonra müalicələrə başlanılmalıdır. Müalicənin prinsipləri həddindən artıq çoxdur. Onu qeyd etmək istəyirəm ki, bu gün cəmiyyət üçün daha təhlükəsi olan asimptomatik xəstələrdir və onlarda kliniki əlamətlər müşahidə olunmur. Onlar əsasən 20-25 yaşına qədər olanlardır və immunitetləri möhkəm olduğuna görə xəstələnmirlər, lakin virusu yayırlar. Həmin xəstələr ictimaiyyət içinə çıxdıqda təmasda olduğu hər kəsi virus infeksiyasına yoluxdururlar və test verməyənə qədər həmin şəxslərə qarşı heç bir müalicə tətbiq edilmir".
Onun dediyinə görə, müalicə prosesi zamanı antibiotik və antiviral dərmanların tətbiqinə tələsmək düzgün deyil: "Təəssüf ki, bu gün insanlar saysız-hesabsız antibiotiklər və antiviral dərmanlar qəbul edirlər. Məsələn, vaxtilə qripin müalicəsində tətbiq olunan virus əleyhinə dərmanlardan COVID-in müalicəsində də istifadə edirlər, lakin nəzərə almırlar ki, bu gün COVID-ə təsir edən antiviral preparat yoxdur. Ona görə də özbaşına tətbiq edilən həmin preparatlar əlavə təsirlərə səbəb olur və xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olur.
Dövlət xəstəxanasında müalicə olunanlara verilən dərmanlar həkim müayinəsi aparılmadan təyin edilmir. Evdə müalicə alan xəstələr poliklinikaya müraciət etdikdən sonra onun vəziyyəti qiymətləndirilir, yanaşı xəstəlikləri öyrənilir və buna uyğun olaraq da xəstəyə dərmanlar verilir. Həkim təyinatı olmadan özbaşına qəbul edilən dərmanlar əlavə təsirlərə səbəb olur. Yaxud bəzi xəstələr vitamin komplekslərinə üz tutur, məsələn, D vitaminin qəbul edir. Doğrudur, COVID-19 xəstələrində D vitaminin səviyyəsi aşağı düşür, amma əvvəlcədən vitamin qəbul edilməsi onun gələcəkdə xəstələnməməsinə təminat vermir. Gələcək ağırlaşmaların baş verməməsi üçün yenə də mütləq həkimə müraciət edilməlidir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1461   Tarix: 07 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

aksessuarlar adlarin menasi gozel gorunmek qadin dunyasi.az yaz yay 2026 qadin dunyasi az bayatilar vetene aid kosmetika bayatilar rus dili salam nağıllar oyunlar